Rəsmi Tokio Xirosima bombalamasında ABŞ-ı dilə gətirmədi
Yaponiya baş naziri Siqeru İşiba və Xirosima meri Kazumi Matsui Xirosimaya atom bombası atılmasının 80-ci ildönümünə həsr olunmuş mərasimdə çıxış edərkən, 1945-ci il avqustun 6-da şəhərə bombanı atan ölkənin adını çəkməyiblər. Bu barədə RİA Novosti məlumat verir.
Xirosima meri Amerika Birləşmiş Ştatlarını yalnız nüvə silahına sahib ölkələr kontekstində qeyd edib.
ABŞ Dövlət Departamentinin mətbuat katibi Təmmi Brüus jurnalistlərlə ünsiyyəti zamanı 6 avqustu "təntənəli düşüncə və xatirə günü" adlandıraraq, "biz Xirosima xalqını və onların sülh və ümid mesajlarını ehtiramla yad edirik" deyib.
Bir il əvvəl də – atom bombası hücumunun 79-cu ildönümündə Xirosima Sülh Memorial Parkında keçirilən mərasimdə heç bir yapon siyasətçi ABŞ-ın adını çəkməmişdi. Keçmiş baş nazir Fumio Kişida da diplomatik şəkildə Yaponiyanın şəhərlərinə bombanı ABŞ-ın atdığını deməyib.
Xirosima və Naqasakiyə atom bombası hücumlarını 1945-ci il avqustun 6-da və 9-da ABŞ həyata keçirib. Bunlar insanlıq tarixində döyüş şəraitində nüvə silahının yeganə istifadəsi nümunələridir.
Ulusum.az
"80 il əvvəl bu gün atom bombası partladı, 100 mindən çox dəyərli həyat itirildi və sağ qalanlar üçün dözülməz, ağır günlər başladı", – deyə İşiba çıxışında bildirib.
Xirosima meri Amerika Birləşmiş Ştatlarını yalnız nüvə silahına sahib ölkələr kontekstində qeyd edib.
ABŞ Dövlət Departamentinin mətbuat katibi Təmmi Brüus jurnalistlərlə ünsiyyəti zamanı 6 avqustu "təntənəli düşüncə və xatirə günü" adlandıraraq, "biz Xirosima xalqını və onların sülh və ümid mesajlarını ehtiramla yad edirik" deyib.
Bir il əvvəl də – atom bombası hücumunun 79-cu ildönümündə Xirosima Sülh Memorial Parkında keçirilən mərasimdə heç bir yapon siyasətçi ABŞ-ın adını çəkməmişdi. Keçmiş baş nazir Fumio Kişida da diplomatik şəkildə Yaponiyanın şəhərlərinə bombanı ABŞ-ın atdığını deməyib.
Xirosima və Naqasakiyə atom bombası hücumlarını 1945-ci il avqustun 6-da və 9-da ABŞ həyata keçirib. Bunlar insanlıq tarixində döyüş şəraitində nüvə silahının yeganə istifadəsi nümunələridir.
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi
