Tesla şirkəti İlon Maskın 29,6 milyard dollarlıq mükafatını rəsmən təsdiqlədi
Tesla şirkəti baş direktor İlon Maska 29,6 milyard dollar (2,3 trilyon rubl) məbləğində mükafatın verilməsini rəsmən təsdiqləyib. Bu barədə ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına təqdim olunan sənədlərdə məlumat verilib. Bildirilir ki, mükafat 2019-cu il təşviq proqramı çərçivəsində 96 milyon məhdudlaşdırılmış səhm şəklində ödəniləcək.
Müvafiq səhm paketini almaq üçün Mask bir neçə il ərzində şirkətin rəhbərliyində qalmalıdır. Sənəddə vurğulanır ki, süni intellekt texnologiyaları sahəsində yaranan rəqabət fonunda Maskın Tesla-da saxlanılması həyati əhəmiyyət daşıyır.
Bu qərar Maskın əvvəlki mükafat paketi ilə bağlı məhkəmə proseslərindən sonra qəbul olunub. Belə ki, 2024-cü ilin yanvarında Delaver məhkəməsi Tesla-nın 2018-ci ildə təsdiqlədiyi və şirkətin kapitallaşmasının 650 milyard dollara çatacağı təqdirdə Mask üçün 60 milyard dollar mükafat nəzərdə tutan planı ləğv etmişdi. Plan yenidən səhmdarlar tərəfindən təsdiqlənsə də, hələ də “hüquqi qeyri-müəyyənlik” şəraitindədir və məsələnin Delaverin Ali Məhkəməsində baxılması gözlənilir.
Ulusum.az
“2025-ci il avqustun 3-də şirkət 2019-cu il təşviq planı çərçivəsində İlon Maska 96 milyon məhdudlaşdırılmış səhm ayırmaq qərarına gəlib”, – deyə sənəddə qeyd olunur.
Müvafiq səhm paketini almaq üçün Mask bir neçə il ərzində şirkətin rəhbərliyində qalmalıdır. Sənəddə vurğulanır ki, süni intellekt texnologiyaları sahəsində yaranan rəqabət fonunda Maskın Tesla-da saxlanılması həyati əhəmiyyət daşıyır.
Bu qərar Maskın əvvəlki mükafat paketi ilə bağlı məhkəmə proseslərindən sonra qəbul olunub. Belə ki, 2024-cü ilin yanvarında Delaver məhkəməsi Tesla-nın 2018-ci ildə təsdiqlədiyi və şirkətin kapitallaşmasının 650 milyard dollara çatacağı təqdirdə Mask üçün 60 milyard dollar mükafat nəzərdə tutan planı ləğv etmişdi. Plan yenidən səhmdarlar tərəfindən təsdiqlənsə də, hələ də “hüquqi qeyri-müəyyənlik” şəraitindədir və məsələnin Delaverin Ali Məhkəməsində baxılması gözlənilir.
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi
