Avropa silkələndi: Əl yükü pulsuz olmalıdır
Almaniyada istehlakçı hüquqlarını qoruyan ən böyük təşkilatlardan biri olan Almaniya İstehlak Mərkəzləri Federasiyası (vzbv), aşağı qiymətli hava yollarının əl yükü siyasətini məhkəməyə daşıyıb.
Federasiya Easyjet, Wizzair və Vueling aviaşirkətlərini, "mümkün ölçüdə olan əl yükünü uçuş qiymətinə daxil etməyərək istehlakçını çaşdırmaqda" və bunun qanunlara zidd olduğunu bildirərək məhkəməyə verib.
Artı49 xəbər portalına əsasən, vzbv-nin açıqlamasında ümumilikdə 7 hava yolu şirkətinə xəbərdarlıq edildiyi, lakin 3-nə qarşı birbaşa hüquqi prosesin başladıldığı qeyd olunub. Məhkəmə işləri hələ də davam edir.
Ən çox aşağıbüdcəli hava yollarında rast gəlinən bu siyasət, sərnişinləri yalnız kiçik ölçülü çanta ilə səyahətə məcbur edir. İkinci və ya bir qədər böyük çanta üçün isə əlavə ödəniş tələb olunur.
Vzbv qeyd edir ki, bu yanaşma Avropa üzrə milyonlarla sərnişini zərərə salır.
Təşkilat, Avropa Ədalət Məhkəməsinin 2014-cü ildə çıxardığı qərara istinad edir. Həmin qərara əsasən, məqbul ölçü və çəkidə olan əl yükü uçuşun ayrılmaz hissəsidir və onun üçün əlavə ödəniş tələb olunması qanunsuzdur.
Təhlükəsizlik qaydalarına uyğun daşınan əl yükünün ödənişsiz qəbul edilməli olduğu vurğulanır.
Vzbv bu qərarı əsas tutaraq Avropa Komissiyasını da hərəkətə keçməyə çağırıb və bütün Aİ ölkələrində keçərli olacaq aydın və məcburi qaydaların hazırlanmasını tələb edib.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi