“Suriya müharibədən bezdi, sabitlik istəyir” – Dəməşqdən sülh mesajı
Suriyanın İsrailə qarşı aqressiv niyyətləri yoxdur, ölkə müharibədən yorulub.
Bu barədə Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybani Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlardan sonra keçirdiyi mətbuat konfransında bildirib. Tədbir “Rossiya 24” telekanalında canlı yayımlanıb.
Nazir qeyd edib ki, Dəməşq sabitliyə can atır:
“Ölkəmizi yenidən qururuq, artıq on il davam edən müharibədən bezmişik. Suriyalıların birləşməsini istəyirik. Çoxsaylı qaçqınlarımız və müvəqqəti köçkünlərimiz var. Bizə sabitlik lazımdır,” – deyə Şeybani vurğulayıb.
Sergey Lavrov isə bəyan edib ki, Rusiya hakimiyyəti Suriya Respublikasının münaqişədən sonrakı bərpa prosesində yardım göstərməyə hazırdır. O əlavə edib ki, Dəməşq həm ərəb dünyasında, həm də qlobal səviyyədə Moskvanın səmimi dostudur.
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi
