Araqçı ABŞ və İsrailə xəbərdarlıq etdi
İran, ABŞ-İsrailin yeni təcavüzünə elə qəti şəkildə cavab verəcək ki, nəticələri gizlətmək mümkün olmayacaq.
Bu barədə ölkənin xarici işlər naziri Abbas Araqçı məlumat verib.
“İran, son ABŞ-İsrail təcavüzü zamanı nə baş verdiyini, o cümlədən bizə və rəqiblərimizə qarşı zərbələrin miqyasını çox yaxşı bilir – bu zərbələrin bir çoxu hələ də gizlədilir. Əgər təcavüz təkrarlanarsa, biz tərəddüd etmədən daha sərt cavab verəcəyik və bu cavabı gizlətmək mümkün olmayacaq,” – deyə nazir X sosial şəbəkəsində bildirib.
O əlavə edib ki, 12 günlük müharibə zamanı ABŞ və İsrail İranın nüvə infrastrukturuna müəyyən zərər yetirsə də, bu, Tehranın uranı zənginləşdirmək əzmindən geri dönməsinə səbəb olmayıb. “Böyük insan əməyi ilə yaradılmış texnologiya və nou-hau bombardmanlarla məhv edilə bilməz,” – yazıb Araqçı.
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 10:30
Şouya deyil, ədalətə ehtiyac var
Cəmiyyət
Dünən, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Populyar Xəbərlər
