Ukraynada ilk anti-hökumət etirazı: Zelenski qanunu geri götürür
Ukrayna Prezidenti Volodimir Zelenski, ölkə daxilində və beynəlxalq aləmdə yaranan etirazlardan sonra antikorrupsiya qurumlarının statusunu dəyişmək niyyətindən imtina edib. Bu barədə Politico məlumat yayıb.
22 iyulda imzaladığı qanunla Milli Antikorrupsiya Bürosu (NABU) və Xüsusi Antikorrupsiya Prokurorluğu (SAP) Baş prokurorun tabeliyinə verilmişdi. Bu isə qurumların müstəqilliyini ciddi şəkildə sual altına salmışdı.
Lakin cəmi iki gün sonra Zelenski yeni qanun layihəsi təqdim edərək əvvəlki dəyişikliyi ləğv etməyi təklif edib. O, çərşənbə axşamı bildirib: “Cəmiyyətin səsini eşitdim.”
Qanun parlament tərəfindən təsdiqlənməlidir, lakin bəziləri deputatların onu bloklaya biləcəyindən narahatdır – xüsusilə Zelenskinin fraksiyası tərəfindən.
Bu geri dönüş, Rusiya ilə müharibə başlayandan bəri ilk anti-hökumət etirazları və Avropa tərəfdaşlarının sərt reaksiyası fonunda baş verib.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi