Dubayda minlərlə insan sosial mediada lüks mülk vədləri ilə aldadıldı
Dubayda fəaliyyət göstərən bir dəstə sosial mediada lüks mülklərin şəkillərini paylaşaraq, həmin əmlakları real dəyərindən xeyli ucuz qiymətə satdıqlarını iddia edib və bu yolla dünyanın müxtəlif ölkələrindən müştərilərə çatıb. Sonradan telefonla əlaqə saxlanılan müştərilər aldatılıb, onlardan minlərlə dollar məbləğində ilkin ödəniş (kaparo) alınıb. Lakin əslində ortada heç bir satış predmeti – mülk olmayıb.
Zərərçəkənlər pullarını geri ala bilmədikdə hüquq-mühafizə orqanlarına müraciət ediblər. Dubay polisi sosial şəbəkələrdə yayımlanan elanlar vasitəsilə dəstənin izinə düşüb və cinayətkar qruplaşmanın bütün üzvlərini saxlayıb. Rəsmi açıqlamada qeyd olunub ki, bu fırıldaq nəticəsində yüzlərlə insan zərər çəkib və əldə edilən vəsaitlər xaricdəki bank hesablarına köçürülüb. Hazırda hüquq-mühafizə orqanları dəstənin digər potensial qurbanlarını müəyyən etməyə çalışır. Məlumata görə, zərərçəkənlər arasında türkiyəli vətəndaşlar da ola bilər.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO