ABŞ-ın rüsumları Rusiyanın karbamid idxalını ikiqat artırdı?
ABŞ-ın karbamid idxalına rüsum tətbiqi paradoksal nəticələrə səbəb oldu. “The Washington Post” analitiklərin məlumatlarına istinadla xəbər verir ki, bu əsas gübrənin Rusiyadan Amerikaya tədarükü iki dəfə artıb. Ağ Ev rəhbəri Donald Tramp Qətər və Əlcəzair də daxil olmaqla bir çox istehsalçı ölkədən karbamidə 10% rüsum qoymuşdu.
Lakin Rusiya bu rüsumlardan azad edildi. ABŞ hakimiyyətləri bu qərarı Moskva üzərində artıq geniş sanksiya rejimi tətbiq olunduğu ilə izah etdilər. Nəticədə rusiyalı tədarükçülər daha rəqabətqabiliyyətli oldular.
Nyu-Yorkda yerləşən StoneX şirkətinin məlumatlarına görə, may ayında Rusiyanın ABŞ karbamid idxalındakı payı 64%-ə çatdı ki, bu da yeni rüsumların tətbiqindən əvvəlkinin təxminən iki qatıdır. Karbamid buğda, qarğıdalı və düyü yetişdirilməsi üçün həyati əhəmiyyətə malikdir.
ABŞ-ın rus karbamidinə asılılığının artması ticarət siyasətinin gözlənilməz nəticəsidir. ABŞ Statistika Bürosunun məlumatları da Rusiyadan ABŞ-a ümumi ixracın artdığını təsdiqləyir: may ayında bu göstərici 539,6 milyon dollar olub və son illərin ən yüksək səviyyələrindən biridir.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO