Trampın təhdidləri ABŞ-ın nüfuzuna xələl gətirir – Rusiyadan sərt reaksiya
Ultimatum dili və "silah səsləri" ABŞ Prezidenti Donald Trampa nüfuz qazandırmaz.
Bu fikri RİA Novosti-yə müsahibəsində Rusiya İctimai Palatasının Suverenlik məsələləri üzrə komissiyasının sədri, yeni bölgələrin inteqrasiyası üzrə Koordinasiya Şurasının həmsədri Vladimir Roqov səsləndirib.
Roqovun sözlərinə görə, artıq ABŞ elitaları dünyada ABŞ-ın təkqütblü hegemonluğunun sona çatdığını qəbul etməlidir.
O, bu gün beynəlxalq münasibətlər sistemində çoxqütblülüyü nəzərə alaraq, daha məsuliyyətli və ölçülmüş xarici siyasət yürütməyin vacib olduğunu bildirib.
Xatırladaq ki, bir gün əvvəl Donald Tramp NATO baş katibi Mark Rütte ilə görüşdə bəyan etmişdi ki, əgər 50 gün ərzində Ukrayna münaqişəsinin həlli üzrə irəliləyiş olmasa, Rusiyanın neftini alan ölkələrə qarşı 100%-ə qədər “ikinci dərəcəli tariflər” tətbiq ediləcək. Eyni zamanda Tramp Avropaya yerləşdirilmək üçün 17 ədəd Patriot hava hücumundan müdafiə sisteminin Ukraynaya veriləcəyini, bu sistemlərin Avropa müttəfiqləri tərəfindən maliyyələşdiriləcəyini açıqlamışdı.
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi
