Jirinovskinin miras davası: Vəkilin səhvi şikayəti dayandırdı
Moskva məhkəməsi, siyasətçi Vladimir Jirinovskinin qohumunun miras işi ilə bağlı qərara etiraz etmək üçün verdiyi şikayəti müvəqqəti olaraq hərəkətsiz saxlayıb. Bu barədə RİA Novosti-nin əldə etdiyi rəsmi məhkəmə sənədlərində qeyd olunub.
Materiallarda göstərilir ki, Sokolovanın vəkili hüquqi təhsilini təsdiq edən sənədi təqdim etməyib. Bu çatışmazlığı aradan qaldırmaq üçün ona 2025-ci il avqustun 8-dək vaxt verilib.
İyunun əvvəlində məlum olmuşdu ki, Vladimir Jirinovskinin bacısı qızı Yelena Listopadova Moskvanın Preobrajenski Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Həmin qərarda o və digər bacısı qızı Nataliya Sokolovanın, siyasətçinin adına olan ömürlük baxım müqaviləsinin etibarsız hesab olunması ilə bağlı iddiası təmin edilməmişdi.
İş üzrə cavabdehlər isə siyasətçinin oğulları — İqor Lebedev (hazırda David Qarsiya) və Oleg Eydelşteyn idi. İddiaçılar həmçinin miras əmlakına iki mənzil, bir torpaq sahəsi və yaşayış evinin geri qaytarılmasını da tələb edirdilər, lakin məhkəmə bu tələbi də rədd etmişdi.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi