Nestle ilə bağlı sular durulmur - Polis ofisə basqın etdi
Fransa mediasının yaydığı məlumata görə, polislər Nestlé Qrupunun İssi-le-Mulinoda (Issy-les-Moulineaux) yerləşən mərkəzi ofisində axtarış aparıb.
Axtarış zamanı ələ keçirilmiş sənədlər və məlumatlar hazırda araşdırılır. Bu proses, Paris Cinayət Məhkəməsinin İctimai Sağlamlıq Şöbəsi tərəfindən fevral ayında başlanan istintaq çərçivəsində həyata keçirilir.
İstintaqın başlanmasına səbəb, "Foodwatch" adlı vətəndaş cəmiyyəti təşkilatının 2024-cü ilin sentyabrında Nestlé Qrupu barəsində təqdim etdiyi iki ayrı şikayət ərizəsi olub.
“Butulka su qalmaqalı” nədir?
“Le Monde” və “Radio France” 2024-cü ilin yanvarında yayımladıqları məqalədə bildiriblər ki, sabiq sənaye naziri Anyes Panye-Rünaşer (Agnès Pannier-Runacher) Nestlé-nin satışa buraxdığı butulka sularında qadağan olunmuş təmizləmə sistemlərindən istifadəsinə icazə verib.
2024-cü il noyabrın 20-də Fransa Senatı bu məsələyə dair araşdırma komissiyası yaratdı. Komissiya keçmiş Yelisey Sarayının Baş Katibi Aleksis Köləri (Alexis Kohler) dindirilməyə çağırdı. Komissiyanın rəhbəri Loran Burgoa (Laurent Burgoa) bildirib ki, Nestlé Qrupu dəfələrlə Fransa Prezidentliyi ilə əlaqə saxlayıb və Kohler bu prosesdə vasitəçi rolunu oynayıb.
Kohler isə hakimiyyət bölgüsü prinsipini əsas gətirərək komissiyanın çağırışında iştirak etmədi.
2024-cü ilin mayında Senatın yayımladığı hesabatda qeyd olunub ki, ölkə hakimiyyət orqanları Nestlé-yə qarşı tərtib olunmuş mənfi hesabatı dəyişdirib.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi