"Starlink" Qətərdə aktivləşdirildi — İran istifadəçilərinə hədə və qadağalar
Amerikalı iş adamı İlon Mask, "Starlink" peyk internetinin Qətərdə fəaliyyətə başladığını açıqlayıb. O, özünə məxsus X sosial şəbəkəsində bu barədə məlumat verib:
“Starlink artıq Qətərdə əlçatandır!” – deyə o bildirib.
Bundan əvvəl Trampın keçmiş xüsusi nümayəndəsi Riçard Qrenell, İlon Maskdan İran vətəndaşlarına pulsuz "Starlink" təqdim etməsini xahiş etmişdi. Qrenell qeyd etmişdi ki, İslam Respublikasında onun dostlarının sabit informasiyaya çıxışı yoxdur. O, bu təşəbbüsün həyata keçməsi üçün özü və bir çox başqaları kimi "Starlink"-ə ianə verməyə hazır olduğunu bildirmişdi.
Lakin İran hakimiyyəti "Starlink" istifadə edənlərə şallaq və həbs cəzası ilə hədələyib.
Məlumata görə, İran parlamenti daxili sertifikasiyadan keçməyən bütün internet və rabitə vasitələrinin istifadəsi, satışı, alınması, istehsalı və yayılmasına qadağa qoyulması üçün səs verib. Bu qadağaya "Starlink" avadanlıqları da daxildir.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO