Zelenski deyir ki, Trampla ən yaxşı danışığını edib
Ukrayna lideri Vladimir Zelenski 4 iyulda ABŞ prezidenti Donald Trampla keçirdiyi danışığı onların indiyə qədərki ən yaxşı söhbəti adlandırıb. Bu barədə o, axşam müraciətində bildirib.
“Yəqin ki, bu, indiyə qədər olan ən yaxşı danışıq idi – maksimal dərəcədə məhsuldar keçdi. Biz hava hücumundan müdafiə mövzusunu müzakirə etdik, dəstəyə hazır olduqlarına görə minnətdaram,” – deyə prezident vurğulayıb.
Zelenski eyni zamanda Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi ilə bağlı qərarların veriləcəyini də elan edib. İlk növbədə söhbət Patriot hava hücumundan müdafiə sistemlərindən gedir.
“Məhz Patriot sistemləri ballistik hücumlardan qorunmanın açarıdır. Biz daha bir neçə vacib məsələni də müzakirə etdik – onları komandalarımız yaxın zamanda keçiriləcək görüşlərdə ətraflı işləyəcək,” – deyə Zelenski bildirib.
Prezident əlavə edib ki, ABŞ tərəfi ilə dronlarla bağlı əməkdaşlığın əhəmiyyətli dərəcədə genişləndirilməsi barədə razılıq əldə olunub. Həftə ərzində Ukrayna Müdafiə Nazirliyi ilə ABŞ-ın aparıcı şirkətlərindən biri arasında müqavilə imzalanıb. Bu müqavilə sayəsində Ukrayna bu il ərzində əlavə yüz minlərlə dron alacaq.
Zelenskinin sözlərinə görə, dronların səmərəli istifadəsi üçün istehsal gücü, operatorların peşəkarlığı və interceptor sistemlərinin effektivliyi artırılmalıdır.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi