Tunç Soyer rüşvət və korrupsiya qalmaqalında həbs edildi
İzmir Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Tunç Soyer, barəsində aparılan korrupsiya istintaqı çərçivəsində həbs olunub. İstintaq, İzmir Baş Prokurorluğunun Terror, Təşkilatlanmış Cinayətlər və Mütəşəkkil Cinayətkarlıq şöbələri tərəfindən aparılıb və İZBETON A.Ş. adlı bələdiyyə müəssisəsində podratçı şirkətlər vasitəsilə həyata keçirilən korrupsiya halları ilə bağlı iddialar əsasında başladılıb.
Emniyyətdəki ifadələrindən sonra, aralarında Tunç Soyer və CHP İzmir İl rəhbəri Şenol Aslanoğlunun da olduğu 119 şübhəli sağlamlıq yoxlanışından keçirildikdən sonra İzmir Ədliyyəsinə göndərilib.
İzmir Baş Prokurorluğu tərəfindən dindirildikdən sonra bu şəxslərdən 1 nəfər birbaşa sərbəst buraxılıb.
60 nəfər həbs olundu, 58 nəfər adli nəzarətə buraxıldı
Sulh Cinayət Hakimliyinə təqdim olunan şübhəlilərdən Tunç Soyer və Şenol Aslanoğlu da daxil olmaqla 60 nəfər barəsində həbs qərarı verilib, 58 nəfər isə məhkəmə nəzarəti altında sərbəst buraxılıb.
Nə baş vermişdi?
İzmir Baş Prokurorluğu 1 iyul tarixində İZBETON A.Ş. şirkətində podratçı firmalarla bağlı qeyri-qanuni tenderlər və korrupsiya halları barədə iddialar əsasında istintaqa start vermişdi.
İstintaq Sayıştay hesabatı, daxili işlər nazirliyinin müfəttiş rəyi, və ekspert rəyinə əsaslanaraq, “Tenderə və öhdəliyin yerinə yetirilməsinə müdaxilə” və “xüsusilə ağır dələduzluq” maddələri ilə 157 nəfər barəsində həbs qərarı çıxarmışdı.
Soyer və Aslanoğlunun da aralarında olduğu 139 şübhəli saxlanılmış, onlardan 20 nəfər İzmir Mali Cinayətlərlə Mübarizə İdarəsində ifadə verdikdən sonra sərbəst buraxılmışdı.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi