İtaliyada sərxoş sürücülərə “spirt kilidi” tətbiq ediləcək
İtaliya mətbuatının yaydığı xəbərə görə, Baş nazir müavini və Nəqliyyat–İnfrastruktur naziri Matteo Salvini daha əvvəl 0,8 promildən yuxarı spirtli vəziyyətdə avtomobil sürməkdə cəzalandırılan sürücülərə qarşı tədbirləri gücləndirən qərar imzalayıb.
Qərara əsasən, həmin sürücülər yalnız “spirt kilidi” olan avtomobilləri idarə edə biləcək və ya şəxsi avtomobillərinə “spirt kilidi” quraşdırmalıdırlar.
Bu sürücülər avtomobilin mühərriqini işə salmadan əvvəl cihaz vasitəsilə nəfəs testi verməli, əgər spirt testindən keçməsələr, avtomobilin mühərriki işə düşməyəcək.
“Spirt kilidi” sistemi alkoqol səviyyəsi sıfır olduqda mühərrikin işləməsinə icazə verəcək.
Qərarın məqsədinin spirtli vəziyyətdə avtomobil sürməyin qarşısını almaq və yol təhlükəsizliyini artırmaq olduğu bildirilib.
Qeyd olunub ki, bu son tədbir 2024-cü ilin noyabrında qəbul edilən və həmin ilin dekabrında parlamentdə təsdiqlənən, yol hərəkəti cəzalarının artırılması ilə bağlı qanun dəyişikliyinin bir hissəsidir.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi