Meksikada dəhşət: Mərasim evində 382 mumiyalanmış meyit tapıldı – Meyitləri satırlar?!
Meksikanın şimalındakı Çihuahua əyalətinin Syuidad-Xuares şəhərində yerləşən bir dəfn evinin krematoriumunda 382 mumiyalanmış insan cəsədi raflarda çürüməyə tərk edilmiş vəziyyətdə aşkarlanıb.
Çihuahua əyalət prokurorluğunun sözçüsü Eloy Qarsia bildirib ki, meyitlər qanunsuz şəkildə müəssisəyə gətirilib və yandırılmalı olduqları halda 3-4 il ərzində qeyri-qanuni şəkildə saxlanılıb.

Niyə hamısı mumiyalanmışdı?
İstintaq zamanı məlum olub ki, meyitlər binanın müxtəlif otaqlarına rastgələ atılıb, bəziləri isə bir-birinin üzərinə yığılıb. Onların hamısının əvvəldən mumiyalanmış olması isə diqqət çəkib.
ABŞ və Meksika kimi ölkələrdə açıq tabutla keçirilən vida mərasimləri geniş yayılıb. Belə mərasimlərdə insanlar sevdiklərinə son dəfə vida etmək üçün onları tabutda görür. Çürümənin qarşısını almaq üçün isə cəsədlər mərasimədək mumiyalanır.

Lakin uzun müddət keçdikdən sonra mumiyalanmış cəsədlər də çürüməyə başlayır. Məhz çürümənin yaydığı dəhşətli qoxu bu cinayətin üstünü açıb.
Meyitləri satırdılar?
Prokurorluq krematoriumun sahiblərini “açıq laqeydlik və məsuliyyətsizlik” ilə ittiham edib. Qarsia bildirib ki, krematorium rəhbərliyi gündəlik emal gücünü bilməli və bundan artıq sayda meyit qəbul etməməli idi.

Daha dəhşətlisi isə odur ki, ailələrə kül kimi verilən qutuların içində əslində başqa maddələr olduğu da ortaya çıxıb. Müəssisə rəhbərlərindən biri artıq istintaqa təslim olub.
Rəsmilər hələlik cəsədlərin təşkil olunmuş cinayət qrupları ilə əlaqəsinə dair açıqlama verməyiblər. Lakin meyitlərin tibbi təhsil müəssisələrinə kadavr kimi satıldığı iddia olunur.
Qeyd edək ki, Meksika uzun illərdir kadr çatışmazlığı və maliyyə böhranı səbəbindən dərin məhkəmə-tibb böhranı ilə üzləşib.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Dünən, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi
Populyar Xəbərlər
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Azərbaycanlı həkimlər Həmrəylik Günündə teatr tədbirində bir araya gəliblər
Hava haqqında xəbərdarlıq
2026 — Qürur, Birlik və Zəfər İli
Prezidentdən sürücülük vəsiqəsi ilə bağlı FƏRMAN