Ərdoğandan onminlərlə xəstəyə ümid! – 5 yeni “ağıllı” xərçəng dərmanı SGK-ya daxil edildi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Beştəpə Prezident Sarayında keçirilən Nazirlər Kabineti iclası 4 saata yaxın davam edib. Görüşdən sonra Ərdoğan xalqın uzun zamandır gözlədiyi müjdələri ictimaiyyətlə bölüşüb.
5 AĞILLI XƏRÇƏNG DƏRMANI SGK-DA!
Prezident Ərdoğan bildirib ki, 25 fərqli xərçəng müalicəsində istifadə olunan 5 ağıllı dərman artıq Sosial Sığorta Qurumunun (SGK) ödəmə siyahısına daxil edilib. Bu addım 48 min xərçəng xəstəsi üçün böyük əhəmiyyət daşıyır.
Ərdoğan qeyd edib ki, xəstələr bu dərmanlara artıq məhkəmə yolu ilə deyil, birbaşa və pulsuz şəkildə çata biləcəklər. O, daha əvvəl bu dərmanların yalnız şəxsi vəsaitlə əldə edilə bildiyini və xəstələrin ciddi maliyyə sıxıntıları yaşadığını xatırladaraq, yeni qərarla bu ədalətsizliyin aradan qaldırıldığını bildirib.
Qan xəstələrinə və SMA xəstələrinə də dəstək
Ərdoğan, Hemofili A xəstələri üçün ev şəraitində istifadə edilə bilən, dərialtı tətbiq olunan qanaxma əleyhinə dərmanın da SGK tərəfindən ödəniləcəyini açıqlayıb.
Eyni zamanda, Spinal Müsküler Atrofiya (SMA) xəstəliyinə dair müalicə proseslərinə də yeni tənzimləmələr gətirilib və bu xəstələrin dərmanlara çıxış imkanlarının asanlaşdırıldığı vurğulanıb.
"Sağlamlıq sahəsində islahatlar davam edəcək"
Ərdoğan çıxışının sonunda bildirib:
“Sağlamlıq xidmətlərinə çıxışı hər sahədə gücləndirməyə davam edəcəyik. Bu qərarlar səhiyyə sahəsində apardığımız islahatların davamıdır.”
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi