22 yaşlı saxta həkim və ortaqları milyonlar qazandı
Çexiya polisi tərəfindən verilən açıqlamaya görə, 22 yaşlı gənc iki ortağı ilə birlikdə tam təchizatlı diş klinikası qurub. Lakin onların heç birinin nə tibbi, nə də stomatoloji təhsili olmayıb. "Mütəxəssis biliklərini" internetdən öyrənən bu saxta həkimlər, xidmətlərini reklam etmək üçün bir veb-sayt da yaradıblar.
"Baş həkim" rolunu oynayan 22 yaşlı şəxsə 50 yaşlı qadın assistentlik edib, 44 yaşlı digər ortaqları isə həm klinikanın məkanını təmin edib, həm də protez dişlərin hazırlanmasında iştirak edib.
8,5 milyon liraya yaxın gəlir əldə ediblər!
Rəsmilərin məlumatına görə, bu üçlük təxminən 185.500 avro (yəni 8,5 milyon Türk lirəsi) gəlir əldə edib. Ancaq onların cinayətləri bununla məhdudlaşmır.
Zanlılara qarşı bu ittihamlar irəli sürülüb:
Qanunsuz kommersiya fəaliyyəti,
Çirkli pulların yuyulması,
Yaralamağa cəhd,
Narkotik maddələrin qanunsuz dövriyyəsi,
Oğurluq.
Polis bildirib ki, hər üçü də görülən işləri etiraf edib. Məhkum olduqları təqdirdə, onların hər biri 8 ilədək həbs cəzası ala bilər.
Çexiya rəsmiləri bildiriblər ki, bu cür halların qarşısını almaq üçün nəzarətlər artırılacaq.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi