Tramp G7 bəyanatını niyə imzalamadı? – İsrailin “özünü müdafiə haqqı”na səssizlik

ABŞ Prezidenti Donald Trampın, G7 liderlərinin İsrail və İran arasındakı gərginliyin azaldılması ilə bağlı hazırladığı birgə bəyanatı imzalamadığı bildirilir.
Reutersin yaydığı layihə sənədinə görə, G7 ölkələrinin liderləri enerji bazarlarının və ümumilikdə iqtisadi sabitliyin qorunmasını nəzərdə tutan bir ortaq çağırış hazırlayıblar. Bəyanatda İsrailin özünü müdafiə haqqı da vurğulanıb.
Lakin mənbələr Trampın bu sənədi hələ imzalamadığını bildirir. Ağ Ev bu məsələ ilə bağlı heç bir şərh verməyib.
Qeyd edək ki, G7 ölkələrinə Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ daxildir.
İsrailin 13 iyunda İrana qarşı başladığı "Yüksələn Aslan" hücumu və İranın "Gerçək vəd 3" adlı cavabı ilə bölgədə müharibə alovlanıb. Dörd gündür davam edən döyüşlərdə İsrailin hücumları nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıri və SEPAH komandanı Səlami də daxil olmaqla ən az 224 nəfər ölüb, 1277 nəfər yaralanıb.
İran isə buna cavab olaraq Tel-Əviv, Qüds və Hayfa şəhərlərini hədəf alan yüzlərlə dron, ballistik və hipersonik raketlərlə hücuma keçib. “Dəmir Qübbə” sistemini də aşan raketlər nəticəsində İsraildə 24 nəfər həlak olub, 592 nəfər yaralanıb.
İsrail şəhərlərində tez-tez hava hücumu sirenləri səslənir. İsrail ordusu əhaliyə sığınacaqların yaxınlığında qalmağı tövsiyə edir.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Bu gün, 10:30
Toyuqlu Makaron
Mətbəx
Bu gün, 10:08
Ulusumun Mətbəxində: Gürzə Ləzzəti
Mətbəx
Dünən, 17:00
Qarabağ kətəsi resepti — dadlı və ətirli!
Populyar Xəbərlər
Gəncədə "CityCard"ın balansını necə artıraq? – TƏLİMAT
Ağstafalı qəhrəman qazimiz Zaur Mustafayev ailə həyatı qurdu
Cabir İmanovun qəfil vəfatı ictimaiyyətdə dərin sarsıntı və kədər doğurub - VİDEO
Şəhidlərimizi Unutmuruq – Ruhunuz Qarabağ qədər Ucadır!
Amerikalı mütəxəssisdən xəbərdarlıq: 7 zərərli vərdiş!
Cabir İmanovun ölüm anı - VİDEO