İlon Mask "bombanı" partlatdı: Tramp Epşteynin qara siyahısındadır
Amerikalı sahibkar və milyarder İlon Mask bəyan edib ki, ABŞ-ın hazırkı prezidenti Donald Tramp, Cefri Epşteyn işi çərçivəsində sənədlərdə adı keçən şəxslər arasındadır.
“Artıq həqiqi bombanı partlatmağın vaxtıdır:
Donald Tramp Epşteynin sənədlərindədir. Bu sənədlərin açıqlanmamasının əsl səbəbi budur. Uğurlu günlər, DJT (Donald John Trump)!” – deyə o, X sosial şəbəkəsində yazıb.
Söhbət ABŞ-lı maliyyəçi Cefri Epşteynin törətdiyi cinayətlərlə bağlı istintaqdan gedir. O, insan alveri və yetkinlik yaşına çatmayanların cinsi istismarı ilə məşğul olan şəbəkə yaratmaqda ittiham olunurdu. Epşteynin tanınmış iş adamları və siyasətçilərə, o cümlədən azyaşlı qızlar da daxil olmaqla, qadınlar təqdim etdiyi iddia olunur.
2019-cu ildə Epşteyn müəmmalı şəkildə həbsxana kamerasında ölü tapılıb. Həmin vaxtdan bəri ABŞ vətəndaşlarının bir hissəsi onun müştəri siyahısını əhatə edən sənədlərin tam açıqlanmasını tələb edir.
Tramp bu sənədləri açıqlayacağına söz vermişdi, lakin prezidentliyə başladıqdan sonra yalnız əvvəlki sənədlər paylaşılmışdı və orada əsas məlumatlar gizlədilmişdi.
İlon Mask əlavə edib ki, Trampa impiçment elan olunmalı və onu vitse-prezident Cey Di Vens əvəz etməlidir.
Mask X sosial şəbəkəsində yazılmış bu təklifə "Bəli" cavabı verib.
O, həmçinin Trampın tarif siyasətini açıq şəkildə tənqid edib: “Trampın tarifləri ilin ikinci yarısında iqtisadi durğunluğa səbəb olacaq”, – deyə o bildirib.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi