Qətərin Baş naziri: İsrail atəşkəs sazişində maraqlı deyil
Qətərin Baş naziri Məhəmməd bin Əbdürrəhman Al Tani hesab edir ki, İsrail Qəzza zolağında atəşkəsə dair razılaşmanın əldə olunmasında maraqlı deyil.
CNN telekanalına verdiyi müsahibədə baş nazir bildirib ki, İsrail “əslində danışıqlarda maraqlı olmadığını göstərən siqnal göndərir”.
“Komandalarımız hər iki tərəflə əlaqə saxlayır. Ümid edirik ki, müəyyən irəliləyiş görəcəyik. Amma bu davranış davam etdiyi müddətdə yaxın vaxtlarda bunun mümkün olacağına əmin deyiləm”, – deyə Al Tani qeyd edib.
O, həmçinin vurğulayıb ki, Qətər İsrail-Amerika vətəndaşı olan girov Edan Aleksanderin azad olunmasını “danışıqların düzgün məcraya qayıtmasına yardım edəcək bir irəliləyiş” kimi qiymətləndirib.
“Amma təəssüf ki, İsrailin buna reaksiyası növbəti gün — nümayəndə heyətinin göndərildiyi vaxtda — bombardmanlar oldu”, – deyə baş nazir əlavə edib.
“Əgər konstruktiv danışıqlar aparmaq istəyi yoxdursa, o zaman biz necə razılığa gələ bilərik? Axırda həll tərəflərin əlindədir”, – deyə Al Tani fikrini yekunlaşdırıb.
Qeyd edək ki, çərşənbə axşamı İsrail nümayəndə heyəti və ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkoff Qətər və Misir vasitəçiləri ilə birbaşa, HƏMAS-la isə dolayı yolla atəşkəs və girovların azad olunması barədə yeni razılaşmanın əldə olunması məqsədilə Dohaya səfər edib.
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi