Tramp bildirir ki, əgər sülhə töhfə verəcəksə, İstanbula gedə bilər
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, əgər Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbulda aparacağı danışıqlar sülh əldə etmək üçün real imkanlar yaratsa, o zaman yaxın günlərdə İstanbula səfər etməyi istisna etmir.
“Əgər bu, müharibənin dayandırılmasına kömək edəcəksə, bu ehtimal var. Bu barədə düşünəcəyəm”, – deyə Tramp, təyyarəsində ABŞ jurnalistlərinə açıqlamasında bildirib.
Tramp eyni zamanda qeyd edib ki, həmin gün – cümə axşamı, BƏƏ-yə (Birləşmiş Ərəb Əmirlikləri) rəsmi səfəri planlaşdırılıb:
“Orada bizi sıx qrafik gözləyir, amma bu, o demək deyil ki, mən İstanbula gedə bilmərəm. Əgər bu addım saysız-hesabsız insanın həyatını xilas edəcəksə, səfər edib sonra geri dönərəm.”
Tramp Rusiya Prezidenti Vladimir Putinin danışıqlarda iştirak edib-etməyəcəyindən xəbərsiz olduğunu bildirib:
“Onun orada olub-olmayacağını bilmirəm. Amma bilirəm ki, o, mənim orada olmağımı istərdi.”
Bununla yanaşı, ABŞ-ın dövlət katibi Marko Rubionun İstanbulda olacağını da təsdiqləyib:
“Marko orada olacaq. O, çox səmərəli işləyir.”
Hazırda Tramp Fars Körfəzi ölkələrinə rəsmi səfər edir.
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 13:00
Şirniyyata olan həvəsi azaldan QİDALAR
Sağlamlıq
Dünən, 10:00
Aç olduğumuzda niyə daha əsəbi oluruq?
Populyar Xəbərlər
Xaçmazda “Şanlı Zəfər Tariximiz” adlı anım tədbiri keçirilib
Erzurumda Asayiş Tədbirləri Gücləndirildi: Polis Rəhbərliyi Gecə-Gündüz Sahədə
Söz yox, niyyət və düşüncə təsir edir
Daşkənd Beynəlxalq Turizm Sərgisində robot rəqs etdi
Hər Gün Bir Az Daha Yaxşı Ola Bilərik
Ege İSPİRDER İzmirdə Rəsmi Açılışını Etdi