Ağ tüstü yüksəldi – Roma Papası bu dəfə Amerikadandır - FOTO
Vatikan kardinaları Roma-Katolik Kilsəsinin yeni rəhbərini seçiblər – bu vəzifəyə amerikalı Robert Prevo gətirilib. O, 267-ci Roma Papası olub və XIV Lev adını qəbul edib. Canlı yayımı Vatican News təqdim edib.
Yeni papanın adını Müqəddəs Pyotr kilsəsinin eyvanından Roma-Katolik Kilsəsinin kardinal-protodiakonu Dominik Mamberti elan edib. O, dünyaca məşhur latınca ifadəni səsləndirib: "Habemus Papam" ("Artıq Papamız var").
Lev XIV ABŞ-dan seçilən ilk Roma Papası kimi tarixə düşüb.
Roma Papası eyni zamanda Müqəddəs Taxt-Tacın və Vatikan şəhər-dövlətinin başçısı sayılır.
Daha əvvəl Sistina kapellasının borusundan ağ tüstü qalxdığı xəbəri yayılmışdı. Kardinallar konklavının ikinci günündə, dördüncü turda səsvermə nəticəsində yeni papa seçilib.

✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi