“Sən Ağlama, Mən Ağlaram” – Əhməd Cavadın işıqlı mirası
Bu gün Azərbaycan söz sənətinin nur saçan ulduzu, şair, müəllim və maarifçi Əhməd Cavadın anadan olmasının 133 ili tamam olur.
Əsl adı Cavad Axundzadə olan Əhməd Cavad Gəncədə təhsil alaraq maarifçilik yoluna qədəm qoydu. Həm müəllim, həm də şair kimi qəlbi xalqı üçün döyünürdü. O, təkcə gözəl şeirlər yazmadı, həm də Azərbaycanın dövlət himninin sözlərini yazaraq bir millətin kimliyini poetik dillə ifadə etdi.
“Azərbaycan dilinin sərfi və nəhvi” adlı ilk dil dərsliyini yazaraq ana dilinə xidmət etdi, “Yaşıl qələmlər” cəmiyyətini quraraq gənc qələm sahiblərinə yol göstərdi.
Ədəbiyyatla yanaşı, dünya klassiklərini də ana dilimizə qazandırdı: Şekspir, Rable, Rustaveli – onun qələmi ilə Azərbaycan oxucusuna yeni dünyalar açıldı.
Rus dili üzrə professor adını alan ilk azərbaycanlı alim olan Əhməd Cavad, 1937-ci ildə repressiyaların qurbanı olsa da, onun işığı sönmədi. Əsərləri bu gün də ürəkləri titrədir, ruhlara toxunur…
Əbədi yaşayan sözlər qoyub getdi: “Sən ağlama, mən ağlaram...”
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
19-04-2024, 11:24
Hansı işə müraciət edirsənsə, ilk növbədə, CV-də(Curriculum Vitae) dil biliyinə, xüsusən də rus dilinə diqqət
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Yunus Əmrə İnstitutunda “Söz Körpüsü” adlı ədəbi proqram keçirilib VİDEO
Xankəndi şəhərinə ilk köç karvanı yola salındı
Qənnadçı tort bişirəndirmi?
Vəhşi təbiətin super qəhrəmanları” sərgisi tezliklə Heydər Əliyev Mərkəzində!
Siyəzəndə odlu silah və narkotik vasitələr aşkarlanıb
Ağstafada su təchizatında müvəqqəti fasilə olacaq