Trampın maliyyə uğursuzluqları: ABŞ prezidentinin altı iflasının hekayəsi

1. İlk iflas (1991)
Donald Tramp Atlantic City-dəki Tac Mahal kazinosuna böyük sərmayə qoydu. Gözlənilən gəlir əldə olunmadı və layihə iflasa uğradı. Tramp məhkəməyə müraciət edərək borclarının əhəmiyyətli hissəsindən azad oldu və yaxtası, təyyarəsi kimi şəxsi əmlakından imtina etdi.
2. İkinci iflas (1992)
1984-cü ildə açılmış “Trump Plaza” oteli 1992-ci ilə qədər 550 milyon dollar zərər yazdı. Amerika məhkəməsi yenidən borcları sildi. Otel 2009-cu ildə Trampın mülkiyyətindən çıxarıldı, 2017-ci ildə isə söküldü.
3. Üçüncü iflas (1992)
Tramp “Trump Castle” kazinosunu Tac Mahal ilə eyni vaxtda idarə edirdi. Bu iki müəssisə bir-biri ilə rəqabət aparırdı. Nəticədə 338 milyon dollar borc yaranmış və iflas elan edilmişdi. 1993-cü ilin sonunda Tramp müəmmalı şəkildə əmlak üzərində nəzarəti bərpa etdi.
4. Dördüncü iflas (1992)
Tramp 1988-ci ildə Plaza Hotel-i 425 milyon dollarlıq kreditlə aldı. 1991-ci ilə qədər borc 600 milyon dollara çatdı. 1992-ci ilin martında 250 milyon dollar borc bağışlandı və Tramp otelin 49%-ni itirdi.
5. Beşinci iflas (2004)
Tramp “Trump Hotels & Casino Resorts” adlı şirkət yaradaraq, öz otellərini və kazinolarını birləşdirdi. Lakin bu qurum 1,8 milyard dollarlıq borc yığdı və iflas elan etdi. Nəticədə Tramp şirkət üzərində nəzarəti itirdi.
6. Altıncı iflas (2009)
Yeni yaradılmış “Trump Entertainment Resorts” 1,2 milyard dollarlıq borc səbəbilə iflas etdi. Şirkətin əsas aktivlərindən biri olan Trump Plaza 2014-cü ildə bağlandı. Tramp bu dövrdə artıq yalnız ad hüququ və lisenziyalarla gəlir əldə edirdi.
✍"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 17:00
Qarabağ kətəsi resepti — dadlı və ətirli!
Populyar Xəbərlər
Gəncədə "CityCard"ın balansını necə artıraq? – TƏLİMAT
Ağstafalı qəhrəman qazimiz Zaur Mustafayev ailə həyatı qurdu
Gimnastika müəllimi Kəmalə Rəcəbovadan tavada şirin alma resepti
Cabir İmanovun qəfil vəfatı ictimaiyyətdə dərin sarsıntı və kədər doğurub - VİDEO
Şəhidlərimizi Unutmuruq – Ruhunuz Qarabağ qədər Ucadır!
Amerikalı mütəxəssisdən xəbərdarlıq: 7 zərərli vərdiş!