BMT: Dünya Hindistan-Pakistan qarşıdurmasına tab gətirə bilməz
BMT-nin Baş katibi Antonio Quterreş Hindistan və Pakistan arasında artan gərginliklə bağlı ciddi narahatlığını ifadə edib və hər iki ölkəni maksimum təmkinli olmağa çağırıb.
Bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrikin yaydığı bəyanatda bildirilir.
“Baş katib Hindistanın sərhəd boyunca həyata keçirdiyi hərbi əməliyyatlardan dərin narahatlıq keçirir. O, vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün Hindistan və Pakistanı hərbi təmkin nümayiş etdirməyə çağırır. Dünya bu iki ölkə arasında hərbi qarşıdurmaya tab gətirə bilməz”, – deyə bəyanatda qeyd olunur.
Xatırladaq ki, Hindistanın Pakistanın Bahavalpur, Kotli və Müzəffərabad şəhərlərinə raket zərbələri endirməsindən sonra rəsmi İslamabad cavab tədbiri olaraq hava məkanını bağlayıb və qırıcı təyyarələrini havaya qaldırıb. Hücum nəticəsində biri uşaq olmaqla azı iki nəfər həyatını itirib, 12 mülki şəxs isə yaralanıb.
✍"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Yunus Əmrə İnstitutunda “Söz Körpüsü” adlı ədəbi proqram keçirilib VİDEO
Xankəndi şəhərinə ilk köç karvanı yola salındı
Qənnadçı tort bişirəndirmi?
Vəhşi təbiətin super qəhrəmanları” sərgisi tezliklə Heydər Əliyev Mərkəzində!
Siyəzəndə odlu silah və narkotik vasitələr aşkarlanıb
Ağstafada su təchizatında müvəqqəti fasilə olacaq