Avropa İttifaqından Britaniyaya sərt siqnal
Avropa İttifaqı Böyük Britaniyaya cinayət və qeyri-qanuni miqrasiya ilə bağlı mühüm məlumat bazalarına çıxış hüququ verməmək qərarına gəlib. Bu barədə The Times qəzeti məlumatlı mənbələrə istinadən xəbər yayıb.
Məlumata görə, Brüsselin bu qərarı Londonu məyus edib. Britaniya tərəfi bildirib ki, bu addım "xüsusilə qeyri-qanuni miqrasiya kimi sahələrdə əməkdaşlığı ciddi şəkildə çətinləşdirir".
The Times qeyd edir ki, həmin məlumat bazalarına çıxış Britaniyaya sığınacaq üçün müraciətləri daha operativ şəkildə qiymətləndirməyə imkan verəcəkdi.
Qeyd edək ki, mart ayının sonunda Böyük Britaniyanın, sığınacaq müraciəti rədd edilən miqrantların Balkan ölkələrinə deportasiyası imkanını araşdırdığı məlum olmuşdu. Bu çərçivədə Britaniya hökuməti Albaniya, Serbiya, Bosniya və Herseqovina, eləcə də Şimali Makedoniya ilə deportasiya planlarını müzakirə etməyi planlaşdırır.
Bununla belə, The Timesın mənbələrinin bildirdiyinə görə, London sığınacaq axtaranları Ruandaya göndərmək niyyətindən vaz keçib. Halbuki əvvəlki Britaniya hökuməti miqrantların bu Afrika ölkəsinə deportasiyasını ciddi şəkildə təşviq edirdi.
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi