İlon Mask Vergi Xidmətinə öz adamını keçirmək istəyir?
Ötən həftə ABŞ Dövlət İdarəçiliyinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri, milyarder İlon Mask, eləcə də ABŞ maliyyə naziri Skott Bessent arasında Ağ Evdə ciddi söz atışması baş verib. Bu barədə Axios portalı mənbələrə istinadən xəbər yayıb. Məlumata görə, onların Vergi Xidmətinin gələcək rəhbəri ilə bağlı mübahisəsi ABŞ prezidenti Donald Tramp və digər yüksək vəzifəli şəxslərin də iştirak etdiyi görüşdə yaşanıb.
İnsayderlərin bildirdiyinə görə, mübahisə o qədər gərgin olub ki, yardımçılardan biri müdaxilə etməsəydi, məsələ fiziki qarşıdurmaya çevrilə bilərdi. Hadisənin şahidlərindən biri bu vəziyyəti istehzalı şəkildə belə ifadə edib: “İki orta yaşlı milyarder sanki güləş şousu nümayiş etdirirdi.”
Mask ilə Bessent arasında münasibətlərin əvvəlcədən də gərgin olduğu qeyd olunur. Bu, DOGE rəhbəri Howard Latnikin vaxtilə Maliyyə Nazirliyinə namizəd irəli sürməsi zamanı başlayıb. Lakin Latnik yalnız öz adamını Ticarət Nazirliyinin başına keçirə bilmişdi. Son qalmaqal isə Maskın Bessentin arxasından öz tərəfdarını Vergi Xidmətinin rəhbəri postuna irəli sürdüyü haqda yayılan şayiələrlə alovlanıb.
Nəticədə tərəflər bir-birini səmərəsiz idarəetmədə ittiham edib. Hər iki tərəfin nümayəndələri söz atışmasını təsdiqləsələr də, detalları açıqlamaqdan imtina ediblər.
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi