Trampdan güc həmləsi: Pauellin taxtı sarsılır

"ABŞ Federal Ehtiyat Sisteminin rəhbəri Cerom Pauell vəzifəsindən uzaqlaşdırıla bilər".
“Ulusum”.az xəbər verir ki, bu barədə Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hassett məlumat verib.
Onun sözlərinə görə, bu məsələ ABŞ Prezidenti Donald Tramp və onun administrasiyası tərəfindən nəzərdən keçirilir.
“Prezident və komandası bu məsələni nəzərdən keçirməyə davam edəcək,” – deyə Hassett bildirib.
Bundan əvvəl Pauell Trampın gömrük rüsumları tətbiq etmək qərarını tənqid edərək, bu addımın ABŞ iqtisadiyyatına zərər verə və inflyasiyaya səbəb ola biləcəyini deyib. O, həmçinin ticarət müharibəsinin bazarların sabitliyinə mənfi təsir göstərdiyini vurğulayıb. Pauell bazarlardakı qeyri-sabitliyin səbəbi kimi sistemli problemləri deyil, məhz Ağ Evin siyasətini göstərib.
Tramp isə Pauellin sözlərinə cavab olaraq bildirib ki, Federal Ehtiyat Sisteminin rəhbərinin dəyişdirilməsi məsələsi artıq çoxdan gündəmdədir. O, maliyyə tənzimləyicisinin rəhbərini əsas faiz dərəcəsini azaltmaq istəmədiyinə görə tənqid edib. ABŞ Prezidenti Avropa Mərkəzi Bankının artıq yeddinci dəfə faiz dərəcəsini azaltmağa hazırlaşdığına diqqət çəkib. Tramp Pauelli “həmişə gecikən və səhv edən” şəxs kimi xarakterizə edərək, onun yalnız gömrük rüsumlarına görə Ağ Evi tənqid etdiyini vurğulayıb.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 17:00
Qarabağ kətəsi resepti — dadlı və ətirli!
Populyar Xəbərlər
Gəncədə "CityCard"ın balansını necə artıraq? – TƏLİMAT
Ağstafalı qəhrəman qazimiz Zaur Mustafayev ailə həyatı qurdu
Gimnastika müəllimi Kəmalə Rəcəbovadan tavada şirin alma resepti
Cabir İmanovun qəfil vəfatı ictimaiyyətdə dərin sarsıntı və kədər doğurub - VİDEO
Şəhidlərimizi Unutmuruq – Ruhunuz Qarabağ qədər Ucadır!
Amerikalı mütəxəssisdən xəbərdarlıq: 7 zərərli vərdiş!