Bu, onların üçüncü görüşü olacaq: Trampın adamı Putinin qapısında
ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoffa məxsus olduğu deyilən “biznes-jet” təyyarəsi Rusiyaya enib.
“Ulusum”.az xəbər verir ki, bu barədə “İnterfax” agentliyi Rusiyanın aviasiya xidmətinə istinadla məlumat yayıb. Təyyarə bir gün əvvəl Mayamidən havaya qalxıb və artıq Rusiyaya çatıb. Açıq mənbələrdə bu təyyarədən məhz Uitkoffun istifadə etdiyi bildirilir.
İddialara görə, səfərin əsas məqsədi Vladimir Putinlə görüşdür. “Axios” portalının məlumatına görə, Trampın nümayəndəsi cümə günü Rusiya prezidenti ilə üz-üzə görüşə bilər. Bu, Uitkoff və Putinin üçüncü görüşü olacaq.
Mənbələrin bildirdiyinə görə, ABŞ administrasiyası Ukraynada atəşkəslə bağlı irəliləyişin olmamasından narazıdır və Tramp artıq Moskvanın son mövqeyindən “qəzəbləndiyini” gizlətmir.
“Əgər bu ayın sonuna qədər atəşkəs əldə olunmasa, Tramp ya fərdi sərəncamla, ya da Konqres vasitəsilə yeni sanksiyaları gündəmə gətirə bilər”, – deyə “Axios” portalı adını açıqlamayan mənbəyə istinadən yazır.
Hazırda Dövlət Departamenti bu səfərlə bağlı heç bir açıqlama verməyib. Amma görünən odur ki, səhnə arxasında nələrsə bişir və Uitkoffun Moskvadakı varlığı təsadüfi deyil.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi