Mask ətrafında Pentaqon qalmaqalları və məxfi məlumatlar
ABŞ Müdafiə Nazirliyi, İlon Mask ilə bağlı iki böyük qalmaqalın mərkəzinə düşüb.
“Ulusum”.az-ın məlumatina görə, “Kommersant” nəşrinin mənbələrə istinadən verdiyi xəbərə görə, bunlardan biri Çinlə müharibə ilə əlaqədar Mask üçün gizli brifinq keçirmək planları ilə bağlıdır, digəri isə ONA (Ümumi Qiymətləndirmə Ofisi) strateji mərkəzinin bağlanması qərarıdır.
The New York Times və The Wall Street Journal-a görə, Pentaqon Maska Çinlə bağlı ən məxfi əməliyyat planlarından birinə çıxış icazəsi verməyi düşünürdü. Lakin Müdafiə Nazirliyi bu məlumatı təkzib edərək, sözügedən görüşün «innovasiyalarla bağlı qeyri-rəsmi müzakirə» olduğunu açıqlayıb. Müdafiə naziri Pete Hegseth və keçmiş prezident Donald Tramp, Maskın belə bir məlumatla tanış olmasının mümkünsüz olduğunu, çünki onun Tesla şirkətinin Çindəki işləri ilə maraqların toqquşduğunu bildiriblər.
Eyni zamanda, Hegseth 1973-cü ildə yaradılmış Ümumi Qiymətləndirmə Ofisinin (ONA) ləğv edildiyini açıqlayıb. Bu qərar, büdcə optimallaşdırması ilə əsaslandırılsa da, ekspertlər onu ciddi səhv hesab edirlər. Tarixçi Hal Brands bildirib ki, "ONA olmadan ABŞ təhlükələri qabaqcadan görmək qabiliyyətini itirəcək".
Mask, brifinq haqqında məlumatların sızdırılmasına görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılmasını tələb edib və Pentaqon əməkdaşlarının yalan detektoru ilə yoxlanılmasını istəyib.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Bu gün, 11:00
CRISPY CHICKEN BREAD
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?
Portağallı Acı Şokoladlı Trüfellər