Türkiyə DİN: Türkiyədə 343 qanunsuz aksiya iştirakçısı saxlanılıb
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya vətəndaşları ölkədə ictimai asayişi pozan hərəkətlərdən çəkinməyə çağırıb.
"Ulusum".az AZƏRTAC-a istinadən xəbər verir ki, nazir son günlər doqquz vilayətdə keçirilmiş icazəsiz aksiyalarla əlaqədar ümumilikdə 343 nəfərin saxlanıldığını açıqlayıb.
"Prokurorluq orqanlarının İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı apardığı araşdırmalarla bağlı keçirilən aksiyalar gecə saatlarında Ankara, İstanbul, İzmir, Antalya, Eskişehir və digər şəhərləri əhatə edib. Türkiyədə sabitlik və təhlükəsizliyi pozmağa cəhd göstərən şəxslərin təxribatlarının qarşısı qətiyyətlə alınacaq. Polis fasiləsiz rejimdə öz vəzifələrini yerinə yetirməyə davam edir", - deyə nazir qeyd edib.
İstanbul Baş Respublika Prokurorluğu bundan əvvəl İstanbul Böyükşəhər Bələdiyyəsinin rəhbəri Əkrəm İmamoğlu və digər onlarla şəxsin saxlanılması üçün order verib. Onlar Türkiyə Cinayət Məcəlləsinin bir sıra maddələri, o cümlədən cinayətkar təşkilatlara rəhbərlik və onlarla əlbir olmaq, terrorizm, rüşvətxorluq, dələduzluq, şəxsi məlumatlara qanunsuz giriş, tenderlərin keçirilməsi zamanı qanunsuz əməllər törətməkdə ittiham olunurlar.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Talant Tolerant Abdulla Qahhar irsinin təbliğini gündəmə gətirdi
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO