AQTA-dan - Xəbərdarlıq
Son illər dünyada yüksək patogen quş qripi xəstəliyi üzrə epizootoloji vəziyyət gərgin olaraq qalmaqdadır. Ölkəmiz köçəri quşların yaz və payız miqrasiya marşrutlarının əhatəsində olduğu üçün sözügedən xəstəlik üzrə riskli region hesab edilir. Buna görə də xəstəliyin izlənməsi daimi olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən diqqət mərkəzində saxlanılır. Belə ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) təqdim etdiyi məlumatlar əsasında xəstəlik baş verən ölkələrin müxtəlif ərazilərindən ölkəmizə riskli məhsulların idxalına məhdudiyyətlər tətbiq edilir.
"Ulusum".az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bununla yanaşı, xəstəliyə qarşı epizootoloji monitorinqlər aparılır. Son monitorinqlərin nəticələrinə əsasən ölkəmizdə quş qripi xəstəliyi qeydə alınmayıb.
Agentlik bununla belə vətəndaşlara, o cümlədən ailə və fermer təsərrüfatları sahiblərinə, sənaye müəssisələri rəhbərlərinə xəbərdarlıq edərək, aşağıdakı zəruri tələblərə əməl olunmasının vacibliyini diqqətə çatdırır:
- ailə təsərrüfatlarında və müxtəlif həcmli fermer təsərrüfatlarında quşların yalnız qapalı şəraitdə saxlanması, təsərrüfatda olan quşların və yemlərin vəhşi quşlarla təmasının qarşısının alınması;
- ölü halda çöl və ev quşlarına rast gəldikdə, bu barədə aidiyyəti üzrə məlumat verilməsi (AQTA-nın "1003-Çağrı Mərkəzi" və regional bölmələri, rayon baytarlıq idarələri və s.);
- quşlarla təmas zamanı (qulluq, yemləmə, daşınma və s.) gigiyena qaydalarına ciddi şəkildə əməl olunması və sanitariya-gigiyena tələblərinin gözlənilməsi;
- quşların nəqliyyat vasitələrində açıq şəkildə, baytarlıq nəzarətindən kənar və müşayiətedici baytarlıq sənədləri olmadan daşınmaması;
- quşların açıq şəkildə satılmasına və ya yol kənarlarında, ticarət obyektlərində, ictimai iaşə müəssisələrində və digər yerlərdə diri halda satışının, yaxud nümayiş olunmasının həyata keçirilməməsi;
- qoruq ərazilərində, parklarda, dəniz kənarında və digər açıq ərazilərdə vəhşi və sinantrop (yaşayış yerlərində məskunlaşmış göyərçin, sərçə, qarğa və s.) quşlarla təmasa yol verilməməsi;
- təsərrüfatlara başqa təsərrüfatlardan quş, yem və qulluq əşyalarının gətirilməməsi və sair.
Quş qripi xəstəliyinə qarşı mübarizə tədbirləri ilə bağlı videoçarxla linkdən tanış ola bilərsiniz:

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
17-12-2024, 10:30
Ümumiyyətlə, quşların əti sağlam qidalanma üçün faydalıdır, amma bəzi hallarda bəzi quş növlərinin əti və ya
25-05-2024, 18:50
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb.
18-12-2024, 14:30
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti
30-06-2024, 14:53
İraq dünyanın ən qədim mədəniyyətlərinə malik Aşağı Mesopotamiya bölgəsində qurulmuş dövlətdir. Bu gün İraq Yaxın
6-07-2024, 17:56
İyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib. Ulusum.az xəbər
Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Bu gün, 18:00
Ukraynada münaqişə nə vaxt bitəcək?
Siyasət
Bu gün, 17:41
Sahil Babayev vəzifəsindən azad edildi - Yeni Təyinat
Cəmiyyət
Bu gün, 17:36
Arzu Hüseynovaya vəzifə verildi
Siyasət / Türk dünyası
Bu gün, 17:30
Qırğızıstan parlamenti soyadları milliləşdirir
Maraqlı
Bu gün, 17:00
Qoxu və cazibə: Parfümün gücü və onun təsiri
İqtisadiyyat
Bu gün, 16:30
Mərkəzi Bankda yeni - Təyinatlar
Dünya
Bu gün, 16:00
Tibbi sığorta sistemində dələduzluq yoxlanılacaq
Cəmiyyət
Bu gün, 15:45
Məhkəmə Şahnaz Bəylərqızı barədə qərar verdi
Maraqlı
Bu gün, 15:30
Şəxsi Sirlər: bəzən susmaq daha yaxşıdır
Ədəbi sənət
Bu gün, 15:00
Azərbaycan musiqisinin zirvəsi - Qara Qarayev
Populyar Xəbərlər
Makronun arvadını kişi adlandıran jurnalist Rusiyadan sığınacaq istəyir
Şotlandiya ev pişikləri üçün komendant saatı tətbiqini müzakirə edir
Partlayışda ölən şəxsin qardaşı hadisədən danışıb
HAMAS Qırmızı Xaçın əməkdaşlarına daha yeddi girov təhvil verib
Ədalət Partiyası bələdiyyə seçkiləri ilə bağlı bəyanat yayıb
Ekstrovert? İntrovert? Ambivert!