24-07-2024, 13:28 0 Cəmiyyət

Almaniya hökuməti İrana bağlı İslam Mərkəzini bağlayıb

Almaniya hökuməti İrana bağlı İslam Mərkəzini bağlayıb
Bu gün Almaniya Daxili işlər Nazirliyi Hamburqda yerləşən və İrana bağlı İslam Mərkəzinin və onun bir sıra filiallarının fəaliyyətini dayandırıb.

Məlumata görə, nazirlik bəyanat yayaraq, mərkəzin və ona bağlı qurumların radikal islamçı məqsədlərə xidmət etdikləri üçün fəaliyyətlərini qadağan etdiyini açıqlayıb.

Bildirib ki, məhkəmənin qərarı ilə Almaniyanın 8 əyalətində təhlükəsizlik qüvvələri sözügedən mərkəzə bağlı 53 məkanda axtarış əməliyyatı həyata keçirib.

Qeyd olunub ki, ölkədə daha dörd şiə məscidi də bağlanacaq. Məscidləri idarə edən İslam Mərkəzi Almaniya kəşfiyyatı tərəfindən ekstremist mərkəz adlandırılıb və mərkəzin tez-tez anti-İsrail təbliğatı apardığı vurğulanıb.


Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.