Oğuzda çay sahilində ondan çox qəbir aşkarlanıb - FOTOLAR
Oğuzda çay sahilində ondan çox qəbir aşkarlanıb.
Qəbirlərin erkən orta əsrlərə aid olduğu güman edilir
Ulusum.az xəbər verir ki, daş qutu qəbirlər rayonun Xaçmaz kəndində, Qala çayının sol sahilində kənd sakinləri tərəfindən aşkar olunub.
Sakinlərin sözlərinə görə, çayda suyun artması nəticəsində məcranın dəyişməsi bu qəbirləri aşkara çıxarıb. Ərazidə təxminən 10-15 qəbrin olduğu bildirilir. Qəbirlərin içərisəndə hələ də insan skeletlərinin bəzi hissələri qalmaqdadır.
Qəbirlərin baş hissəsi qərbə doğru baxır. Ərazidən 30 il bundan əvvəl də sel suları nəticəsində çoxlu belə qəbirlər çıxıb. Ancaq maraqlanan, tədqiq edən olmadığından qəbirlərin böyük əksəriyyəti sel sularına qarışaraq yoxa çıxıb. Əgər burada arxeoloji qazıntılar aparılarsa Azərbaycan tarixində yeni bir səhifənin açılmasına işıq saçacaq. Qəbirlərin oluğu bu ərazi qədim Xəzər-Albaniya arasındakı ən böyük keçidinin ərazisidir. Ona görə də bura böyük bir tarixi əhəmiyyət daşıyır.
Qeyd edək ki, aşkar edilən qəbirlərin içərisində olan insan sümükləri Qala çayına sel gəldikcə torpaq qatının yuyulması ilə axıb gedir. Hazırda bu proses davam edir.
Eltun Məmmədov

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Bu gün, 11:00
CRISPY CHICKEN BREAD
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?
Portağallı Acı Şokoladlı Trüfellər