Cəlilabadda qədim kənd qalıqları aşkar edilib - FOTOLAR
Cəlilabad rayonunda 3 ildir ki, araşdırılan qədim yaşayış məskəni Paşatapə abidəsində ilk dəfə olaraq qədim kənd qalıqları aşkar edilib.
Qazıntılar zamanı çiy kərpicdən inşa edilmiş yaşayış evlərində həm də dini ayinlərin icra edilməsi üçün xüsusi yerlər də üzə çıxıb.
Cəlilabad rayonunun Cəfərxanlı kəndində yerləşən Paşatəpə qədim yaşayış məskənində ilk qazıntılara 2022-ci ildə başlanılıb. Arxeoloji qazıntılar zamanı hər mövsüm olduğu kimi bu il də maraqlı maddi mədəniyyət nümunələrinin tapılması buranın tarixi əhəmiyyətini daha da artırıb. Bu il ilk dəfə olaraq ərazidə neolit kəndi aşkarlanıb. Bu kəndin əsas özəlliklərindən biri isə evlərin çiy kərpicdən inşa olunmasıdır.
AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vəfa Mahmudova bildirib ki, ərazidə çoxsaylı yaşayış evlərinin qalıqlarının üzə çıxması burada bir məhəllənin olduğunu deməyə əsas verir.
“Paşatəpə yaşayış yeri b.e.ə. VI minilliyin birinci yarısına aid edilir. Bu il abidədə qazıntılar zamanı bitki qarışıqlı çiy kərpicdən hazırlanmış evlərin yerləri, təsərrüfat quyuları aşkar edilmişdir. İlin ən maraqlı tapıntılarından biri yaşayış yerində dini ayin yerinin qeydə alınmasıdır. Bu il eyni zamanda kremasiya adəti ilə bağlı dəfn etməyə də rast gəlinib. Bütün bunlar Paşatəpə abidəsinin neolit dövrünə aid kənd tipli yaşayış yeri olduğunu söyləməyə əsas verir” , - deyə Vəfa Mahmudova bildirib.
Tarixçilər hesab edirlər ki, tapılmış nümunələrin araşdırılması Muğan mədəniyyətində erkən əkinçilik, sənətkarlıq, eləcə də digər sahələrlə bağlı maraqlı məlumatları üzə çıxara bilər.
Eltun Məmmədov

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 20:55
Şokoladlı-Fındıqlı Trüfel Resepti
Ulusum Tv
14-11-2025, 17:05
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO
Mətbəx
14-11-2025, 17:00
Portağallı Acı Şokoladlı Trüfellər
Mətbəx
14-11-2025, 16:03
Güllü-Moruqlu Trüfel Resepti
Mətbəx
14-11-2025, 12:00
Trüfel tortunun hazırlanma qaydası
Sağlamlıq
14-11-2025, 11:30
Dırnağın ətə batması — Onikokriptoz
Sağlamlıq
14-11-2025, 10:07
Rəşad Mahmudovdan vacib xəbərdarlıq
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?