Qobustan Rayon Mərkəzi Xəstəxanasına mediatur təşkil olunub - FOTO
20 iyun 2025-ci il tarixində TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Qobustan Rayon Mərkəzi Xəstəxanasına mediatur təşkil olunub. Ulusum.az xəbər verir ki, səfərdə media nümayəndələri ilə yanaşı bir sıra QHT-lərin rəhbərləri də iştirak ediblər.

Məqsəd – ictimaiyyətə xəstəxananın fəaliyyəti, yeni avadanlıqlar, icbari tibbi sığorta çərçivəsində göstərilən xidmətlər və gələcək planlar barədə ətraflı məlumat vermək olub.

Tədbirin rəsmi açılışında çıxış edən TƏBİB-in və Agentliyin ictimaiyyətlə əlaqələr nümayəndələri xəstəxananın son bir neçə ildə keçdiyi inkişaf yolundan, aparılan yenidənqurma işlərindən və göstərilən tibbi xidmətlərin əhatə dairəsinin genişləndirilməsindən danışıblar. Bildirilib ki, icbari tibbi sığortanın tətbiqi ilə xəstəxanada daha əvvəl icra olunmayan cərrahi əməliyyatlara start verilib, yeni şöbələr yaradılıb və müasir tibbi avadanlıqlar quraşdırılıb.

Mediaturda iştirak edən “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin sədri Cəmilə Abdulova xəstəxanada eşitmə məhdudiyyətli şəxslərlə bağlı tibbi xidmətlərlə maraqlanıb. O, xəstəxananın rəhbərliyinə BERA (Beyin Saplağı Auditor Cavabları) aparatı və yeni doğulmuş körpələr üçün eşitmə skrinqi ilə bağlı suallar ünvanlayıb.

Məlumat verilib ki, bu avadanlıqlar artıq xəstəxanaya təqdim olunub və onların tətbiqi üçün mütəxəssis hazırlığı prosesi davam edir. Yaxın aylarda bu xidmətlərin istifadəyə verilməsi nəzərdə tutulur.

Bu, xüsusilə erkən diaqnostika və müdaxilə baxımından eşitmə məhdudiyyətli şəxslər və ailələri üçün çox önəmli yenilik olacaq.
Sonda tədbir iştirakçıları xəstəxananın müxtəlif şöbələri ilə tanış olub, həkim və tibbi personalın işi ilə yerində tanış olublar.
Bu kimi mediaturlar cəmiyyətin tibbi xidmətlərlə bağlı məlumatlılığını artırmaqla yanaşı, müxtəlif sosial qrupların ehtiyaclarının da nəzərə alınmasına töhfə verir.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 14:00
Səhərlər acqarına ilıq su içmək mütləqdir
Populyar Xəbərlər
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Rusiya hərbi təyyarələrinin Gürcüstan üzərindən İrana uçuşları maraq yaradıb
Talant Tolerant Abdulla Qahhar irsinin təbliğini gündəmə gətirdi
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Avropada ən yüksək maaş verən ölkəyə çevrilib! Almaniya və Fransa buna yaxınlaşa bilmir
Qazaxda stomatoloq Tural Bayramovun TƏBİB xətti ilə fəaliyyəti diqqət çəkir