Samiraldo: “Kişi olmaq ailəsinə qulluq etməkdir, amma cəmiyyət məndən başqa obraz istəyir”
Samiraldo: “Kişi olmaq ailəsinə qulluq etməkdir, amma cəmiyyət məndən başqa bir obraz istəyir”
Aktyor və şou-biznes nümayəndəsi Samiraldo (Samir Cəfərov) "kişilik" anlayışına öz baxışını bölüşüb. Elvira adlı izləyicinin “Kişi olmaq nədir?” sualına cavab olaraq, Samiraldo bildirib ki, “Kişi olmaq, ailəsinə baxmaq, qulluq etməkdir”.
Daha sonra Elvira onun şəxsi həyatına toxunaraq soruşub: “Sənin ailən varmı? Kiməsə əl tutub kömək edirsənmi?” Samiraldo bu suala “Elədiyimi deməyi istəmirəm” cavabını versə də, səmimi açıqlaması ilə bir şəxsi nümunəni bölüşüb.
O bildirib ki, “Tanya” adlı bir qadını ziyarət edir: “Tibb bacıları zəng edir, onun istəklərini deyirlər. Mən də gedəndə alıb aparıram. Onu ailəm kimi qəbul edirəm”.
Samiraldo əlavə edib ki, onun qadın obrazını – şal bağlaması, hündürdaban ayaqqabısı (“kablok”) kimi üslubunu cəmiyyət artıq qəbul edib: “Məni dəvət edənlər məhz bu obrazı istəyirlər. Ona görə də həmin imiclə çıxıram”.
Bu açıqlamaları ilə Samiraldo bir daha həm səhnə arxasında, həm də həyatdakı fərqli obrazlarını cəmiyyətə göstərmiş oldu.
Onun fikrincə, "kişilik" yalnız cinsiyyət və ya görünüş deyil, insanın ailəsinə, ətrafındakılara göstərdiyi qayğı və dəstəkdir.
R. Daşdəmirova
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi
