Çində tayfuna görə təxliyə edilənlərin sayı milyonu ötüb
Çinin Quandon əyalətində yaxınlaşan “Raqasa” qasırğası ilə əlaqədar 1,04 milyon nəfər təxliyə edilib.
Ulusum xəbər verir ki, bu barədə əyalətin fövqəladə halların idarəedilməsi departamenti məlumat yayıb. İlin ən güclü tayfunu olan “Raqasa”nın fəsadlarını minimuma endirmək üçün hazırlıq tədbirləri davam edir. İndiyədək 80 mindən çox balıqçı qayığı limanlara toplanıb, açıq dənizdən 12 mindən çox işçi sahilə çağırılıb.
Meteorologiya qurumu Sakit okeanda ilin 18-ci tayfunu olan “Raqasa”nın saatda 20 kilometr sürətlə qərbə doğru hərəkət etdiyini, hazırda Çin sahillərindən təxminən 100 kilometr məsafədə olduğunu açıqlayıb. Bununla belə “Raqasa”nın Çin sahillərini vuracaq ilin ən güclü qasırğası olacağı, güclü külək və yağıntı gətirəcəyi gəzlənilir.
Artıq əyalətin 11 şəhərində tədris, istehsal, tikinti, digər iş fəaliyyətləri, ictimai nəqliyyatın hərəkəti dayandırılıb. Honkonq və Makau xüsusi inzibati əraziləri də daxil olmaqla Çində 700-dən çox uçuş ləğv edilib.
Cuhay şəhərində fərdi avtomobillərin hərəkətinə qadağa qoyulub, əhaliyə evdə çıxmamaq barədə xəbərdarlıq edilib.
Qeyd edək ki, super güclü tayfun kateqoriyasına aid edilən “Raqasa” sentyabrın 23-də Filippinin şimalında Kaqayan əyalətinə çatıb.
Əvvəlcədən minlərlə sakinin təxliyə edilməsinə baxmayaraq, təbii fəlakət nəticəsində ən azı 3 nəfər ölüb, 5 nəfər itkin düşüb. “Raqasa” Tayvan adasında da 2 nəfərin ölümünə, 30 nəfərin itkin düşməsinə səbəbə olub.
R.D
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Yunus Oğuz: “8 Noyabr yalnız Azərbaycanın deyil, bütün türk dünyasının Zəfər Günüdür”
Masturbasiya: Zərərli, yoxsa Faydalı? – Androloq Azər Mirzəyev
Şair-qiraətçi Müşfiqə Baləddin "Atam nə vaxt gələcək?"... VİDEO
Mətbuat Şurası Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı
8 Noyabr — Zəfər Günüdür!
