Şəhid Nicat Nəzərlinin ailəsi onu qürurla yad edir
Ağdamda şəhid olan Nicat Nəzərli vətən sevgisini canı ilə təsdiqlədi

Nicat Mübariz oğlu Nəzərli 2004-cü il avqustun 22-də Lənkəran rayonunun Narbağı kəndində anadan olub. 113 saylı Texniki Peşə Məktəbini bitirdikdən sonra hərbi xidmətə yollanıb. 19-20 sentyabr 2023-cü ildə keçirilən lokal antiterror əməliyyatı zamanı Ağdam istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Anası İranə Nəzərova oğlundan danışarkən həm göz yaşları, həm də qürur hissi ilə deyir:
“Nicatın hər sözünün əvvəli də, axırı da Vətən idi. Deyərdi: Ana, o Vətəni mən sevməsəm, kim sevər? Bu torpaq uğrunda qan tökülüb, bizim borcumuz onu qorumaqdır.”
O, oğlunun şəhidliyini ilahi sevgi ilə bağlayaraq əlavə edir:
“Yağı düşmənə qalib gəlib, şəhidlərimizin qisasını aldı və şəhidlik zirvəsinə ucaldı.”

Ata Mübariz Nəzərov Nicatla son danışığını belə xatırlayır:
“Hər zəng edəndə deyirdi: Mən Vətənim üçün xidmətə gəlmişəmsə, onu layiqincə yerinə yetirəcəyəm. Heç kimdən qorxmuram. Narahat olmayın, hər şey yaxşı olacaq, ata.”

Nicat hər zəngində vətəni üçün canını fəda etməyə hazır olduğunu söyləyir, ailəsini isə narahat etməməyə çalışırdı. Onun göstərdiyi qəhrəmanlıq xalq tərəfindən heç vaxt unudulmayacaq.
Atası bildirib ki, Nicat uşaqlıqdan vətənpərvər ruhda böyüyüb və hərbçi olmaq onun ən böyük arzusu olub:
“Oğlumla fəxr edirəm. Cismən yanımda olmasa da, ruhən daim mənimlədir. Xalqımız onu unutmayacaq.”

Şəhidin qardaşı Rövşən Nəzərli qeyd edib ki, o, XTQ-də döyüşlərdə iştirak edib, qardaşı isə ondan sonra antiterror əməliyyatına qatılıb.

Onlar uşaqlıqdan vətən uğrunda şəhid olmaq arzusunda olublar. Rövşən valideynlərinə onları vətənpərvər ruhda böyütdükləri üçün təşəkkürünü bildirib.

Nicat Nəzərli göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
R.Daşdəmirova
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Yunus Oğuz: “8 Noyabr yalnız Azərbaycanın deyil, bütün türk dünyasının Zəfər Günüdür”
Masturbasiya: Zərərli, yoxsa Faydalı? – Androloq Azər Mirzəyev
Şair-qiraətçi Müşfiqə Baləddin "Atam nə vaxt gələcək?"... VİDEO
Mətbuat Şurası Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı
8 Noyabr — Zəfər Günüdür!
