Adil Şükürov: “Azarkeşin üstünə getmədim, tərbiyəsizliyə cavab verdim”
"Kəpəz"in baş məşqçisi ilə azarkeşlər arasında gərginlik yaşanıb və azarkeşlər onu istefaya səsləyən şüarlar səsləndiriblər.

Azərbaycan Premyer Liqasının 5-ci turunda “Qəbələ”yə 3:0 hesabı ilə uduzan “Kəpəz”in baş məşqçisi Adil Şükürov oyun sonrası azarkeşlərlə yaşanan gərginlik barədə açıqlama verib.
Şükürov insidentə münasibət bildirərkən bildirib:
“Azarkeşin üstünə getmədim. Tərbiyəsizlik etdilər, mən də cavab verdim. İnsanlar şəxsi məsələlərə toxunmamalıdır. Etikadan kənara çıxmaq olmaz”.
Baş məşqçi azarkeşlərin istefa çağırışlarına da toxunub:
“Dedim ki, məni harasa göndərmək sizin səlahiyyətinizdə deyil. Yəqin ki, rəhbərlik qərar verəcək və sağollaşacağıq”.
Qeyd edək ki, matçdan sonra azarkeşlər baş məşqçiyə qarşı istefa şüarları səsləndirmişdilər.
My Webpage
R.Daşdəmirova
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi
