Şıxlinskinin oğlu istintaq təcridxanasına göndərilib
Yekaterinburqun Leninski Rayon Məhkəməsi Ural bölgəsindəki Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mütvala Şıxlinskini iki ay müddətinə istintaq təcridxanasına göndərib. O, dövlət məmuruna qarşı zorakılıq tətbiq etməkdə ittiham olunur (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci maddəsi)
.İyulun 1-də “Baku Plaza” ticarət mərkəzinin yaxınlığında baş verən insident zamanı Mütvala Şıxlinski atasının saxlanılmasına mane olmaq istəyərkən avtomobili ilə FTX əməkdaşını vuraraq ona xəsarət yetirib. Şıxlinski hadisənin qəsdən olmadığını, təhlükəsizlik əməkdaşını görmədiyini və baş verənlərə görə təəssüf etdiyini bildirib .
Onun vəkili Pavel Korobov həbsin qanunsuz və əsassız olduğunu qeyd edərək apellyasiya şikayəti veriləcəyini açıqlayıb.
Qeyd edək ki, hadisə iyunun sonunda saxlanıldıqdan sonra dünyasını dəyişən Səfərov qardaşlarının işi üzrə aparılan istintaq çərçivəsində baş verib.
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 15:00
Cinsi Yolla Keçən Təhlükəli İnfeksiyalar
Sağlamlıq
Dünən, 14:00
ROZASEA (Qızılgül) Xəstəliyi Nədir?
Populyar Xəbərlər
“Dünyanı Sənət Xilas Edəcək – Rənglərin Qardaşlığı”: Türk Dünyasında Yaradıcı Körpü VİDEO
Harun Çiçi: Saç Üzərində Yaradıcılıq və Emosional Portretlərin Ustası
“Dünyanı Sənət Xilas Edəcək – Rənglərin Qardaşlığı”: Türk Dünyasında Qlobal Sənət Körpüsü
Səmərqənd – Registan Meydanı VİDEO
Aysel Xanlarqızı Safarlı – Poeziyada Millət və Duyğuların Səsi - VİDEO
İlan Dəri Fabrikasının İçərisində: İlan Dərisindən Brendlər - VİDEO
