16-05-2025, 15:42 0 Cəmiyyət

ƏƏSMN: 4 ayın sosial göstəriciləri

ƏƏSMN:  4 ayın sosial göstəriciləri
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2025-ci ilin yanvar-aprel ayları ərzində 17100 şəxsə əlillik təyin edilib.

Onlardan 7300 şəxsə ilkin, 9800 şəxsə isə təkrar əlillik təyinatı aparılıb.

Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.

Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.

"Ulusum".az

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.