Bakıda növbəti Autizm Festivalı keçiriləcək
Mayın 17-də Bakıda Azərbaycan Autizm Assosiasiyasının “Sea Breeze”lə tərəfdaşlıq çərçivəsində təşkil etdiyi V Autizm Festivalı baş tutacaq.
Tədbir saat 10:00-dan 18:00-dək Nigar Rəfibəyli küçəsində yerləşən Fəvvarələr meydanında keçiriləcək. Təşkilatçıların bildirdiyinə görə, festivalın məqsədi autizmli insanların sosial inteqrasiyasına dəstək vermək, onların yaradıcılıq qabiliyyətlərini nümayiş etdirmək və cəmiyyətin autizm spektr pozuntusu (ASP) barədə məlumatlılığını artırmaqdır.
Festival proqramına təntənəli açılış mərasimi, konsert, xüsusi bacarıqlı uşaqların əl işlərindən ibarət sərgi, müxtəlif yaradıcılıq və təlim sahələri üzrə tematik zonalar, reabilitasiya və təhsil müəssisələrinin layihələrinin təqdimatları daxildir.
Festivalın geniş auditoriyasını dövlət qurumlarının nümayəndələri, sahibkarlar, ictimai xadimlər, bloqerlər, həmçinin ASP-li uşaqlar və gənclər, onların ailələri təşkil edəcək.
Azərbaycan Autizm Assosiasiyası autizmli şəxslərin dəstəklənməsi, reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində səylərin koordinasiyası məqsədilə yaradılmış bir birlikdir. (azərtac)
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Dünən, 20:40
Babək rayonunun bəzi ərazilərində işıq olmayacaq
Populyar Xəbərlər
Qənnadçı tort bişirəndirmi?
Xankəndi şəhərinə ilk köç karvanı yola salındı
Vəhşi təbiətin super qəhrəmanları” sərgisi tezliklə Heydər Əliyev Mərkəzində!
Siyəzəndə odlu silah və narkotik vasitələr aşkarlanıb
Ağstafada su təchizatında müvəqqəti fasilə olacaq
Bakı şəhərində bəzi küçə və prospektlərdə nəqliyyat məhdudlaşdırılacaq