Dünən, 20:56 0 Cəmiyyət / Mədəniyyət

Ulu Öndərin Strateji Yolu - Nicatın Açarı

Ulu Öndərin Strateji Yolu -  Nicatın Açarı
Prezident İlham Əliyev çıxışına, Ağdam şəhərində 10 may tarixində açılan Muğam Mərkəzinin Ulu Öndər Heydər Əliyevin doğum günü ərəfəsində istifadəyə verilməsinin dərin rəmzi mənası olduğunu vurğulayaraq başlamış, qeyd edib ki, bu gün yalnız bir mədəniyyət ocağının açılışı deyil, eyni zamanda tarixə, milli kimliyimizə və ulu irsimizə hörmətin bariz nümunəsi olaraq, Azərbaycanın mədəniyyətə və dəyərlərinə olan bağlılığını bir daha nümayiş etdirir.

Dövlət başçısı, həmçinin 1993-cü ildən sonra Azərbaycanın inkişaf dövrünün başladığını, həmin dövrdə ölkəmizin daxili və xarici siyasi böhran içərisində boğularkən, idarəetmədəki özbaşınalıq, xaos və anarxiyanın hökm sürdüyünü və torpaqlarımızın işğal altında olmasına baxmayaraq, xalqın təkidli tələbi ilə Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsinin, yalnız siyasi sabitlik yaratmaqla yanaşı, eyni zamanda ölkənin inkişafına və müstəqilliyinin qorunmasına xidmət edən dönüş nöqtəsi olduğunu vurğulamışdır.


Ulu Öndər Heydər Əliyev, qarşılaşdığı bütün çətinliklərə baxmayaraq, Azərbaycanın gələcəyini inkişafa aparmaq üçün öz müdrik siyasətini tətbiq etmiş və bu, ölkə daxilində nizami ordu qurulması, sabitliyin bərpa edilməsi və iqtisadi inkişaf üçün müvafiq zəminin yaradılmasına səbəb olmuşdur. Onun çox ağır, lakin müdrik qərarlarından biri olan müharibənin dayandırılması, sadəcə dövrün tələbi idi, eyni zamanda sabahın daha güclü Azərbaycanı üçün atılmış strateji bir addım idi və bu qərarın, tarixdəki əhəmiyyətini dərk etdikdə, heç vaxt unudulmayacaq bir strateji irs kimi qiymətləndirilir.


Bugünkü reallıqlara nəzər saldıqda, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin nə qədər uzaqgörən və dövlətini, xalqını düşünən bir liderin irəli sürdüyü siyasət olduğunu daha da yaxşı dərk edirik, çünki onun 1993-cü ildən başlayaraq əsaslandırdığı bu strateji xətt, Prezident İlham Əliyevin rəhbərliyi altında, heç bir dəyişiklik olmadan davam etdirilərək, Azərbaycanı müasir, güclü və qalib bir dövlətə çevirmişdir. Həmin irs əsasında Azərbaycanın hər sahədə, xüsusən də siyasi, iqtisadi və hərbi sahələrdə əldə etdiyi nailiyyətlər, yalnız Ulu Öndərin müəyyən etdiyi yolun, həmçinin Prezident İlham Əliyevin bu yolu inamla davam etdirməsinin nəticəsidir.


Əminliklə deyə bilərik ki, bu günkü güclü Azərbaycan, yalnız Ulu Öndər Heydər Əliyevin yaratdığı möhkəm təməl üzərində deyil, həm də Prezident İlham Əliyevin siyasi və dövlətçilik prinsipiallığı ilə həyata keçirilən davamlı inkişaf strategiyasının nəticəsi olaraq ucalır, və biz, Heydər Əliyevin xatirəsini sonsuz hörmətlə anaraq, onun müdrik irsini yaşatmaqla, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, bu yolu inamla davam etdiririk.



"Ulusum".az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: