“Əl-Quds” qəzetində Ümummilli Lider Heydər Əliyev barədə məqalə yayımlanıb
Fələstinin “əl-Quds” qəzetində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş məqalə dərc olunub.
Məqalədə Heydər Əliyevin həyatı və fəaliyyəti, eləcə də Azərbaycan-Fələstin əlaqələrinin inkişafında rolu barədə məlumat verilir. Qeyd olunur ki, dövlət idarəçiliyində zəngin təcrübəyə malik Heydər Əliyev hüquqi dövlətin Azərbaycan modelini qurub. Prezident İlham Əliyev Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini uğurla davam etdirir.
Eyni zamanda, məqalədə bildirilir ki, Heydər Əliyev İslam həmrəyliyinə, İslam ölkələri ilə əlaqələrin inkişafına həmişə böyük əhəmiyyət verib. Hətta 1982-1987-ci illərdə Sovet İttifaqının rəhbərliyində çalışarkən Misir, Suriya, İordaniya, Liviya, İraq, Yəmən, Pakistan və digər ölkələrə səfərləri onu bütün İslam dünyasının ən görkəmli siyasətçilərindən biri kimi tanıdıb.
Diqqətə çatdırılır ki, Heydər Əliyev Fələstin lideri Yasir Ərəfatla mühüm beynəlxalq tədbirlər çərçivəsində bir neçə dəfə görüşüb.
Azərbaycanla Fələstin arasında münasibətlər son illərdə inkişaf edir. Belə ki, 2010-cu ilin oktyabrında Azərbaycan Respublikasında Fələstinin səfirliyi açılıb, 2023-cü ilin sentyabrında isə Azərbaycan Respublikasının Fələstin Dövlətində Nümayəndəliyi fəaliyyətə başlayıb.
Məqalədə, həmçinin vurğulanır ki, Azərbaycan Qəzza zolağında əziyyət çəkən insanlara yardım üçün 2023-cü ildə 2 milyon ABŞ dolları məbləğində maliyyə töhfəsi verib. Azərbaycan Respublikası Fələstinin Nablus şəhərində 600 nəfərlik məktəbin tikintisini də öhdəsinə götürüb, 2024-2025-ci illər üzrə Fələstindən olan 15 tələbəyə “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” ayırıb. Adı çəkilən təhsil qrantı 2025-2026-cı tədris ili üçün də Fələstinli tələbələrə təqdim edilib.
Məqalədə, həmçinin Fələstin rəhbəri Mahmud Abbasın 2011-ci il iyunun 28-29-da ölkəmizə səfəri və bu kontekstdə keçirdiyi görüşlər barədə də məlumat verilir. (azərtac)

✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Yunus Əmrə İnstitutunda “Söz Körpüsü” adlı ədəbi proqram keçirilib VİDEO
Xankəndi şəhərinə ilk köç karvanı yola salındı
Qənnadçı tort bişirəndirmi?
Vəhşi təbiətin super qəhrəmanları” sərgisi tezliklə Heydər Əliyev Mərkəzində!
Siyəzəndə odlu silah və narkotik vasitələr aşkarlanıb
Ağstafada su təchizatında müvəqqəti fasilə olacaq