Qazaxda Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş ekskursiya keçirildi
Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş maarifləndirici ekskursiya keçirilib.

Ekskursiyada iştirak edən tələbələr Qazax Ədəbiyyat Muzeyində ədiblərimizin həyat və yaradıcılığı ilə tanış olublar, sonra Tarix-Diyarşünaslıq Muzeyində rayonun qədim tarixi və mədəni irsi haqqında məlumat əldə ediblər. M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyində muzeyin fəaliyyəti və eksponatları tələbələrə təqdim olunub, sonra isə Qazax Dövlət Rəsm Qalereyasında nümayiş olunan vətənpərvərlik ruhundakı əsərlər böyük maraq doğurub.

Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinə dair materiallar və interaktiv texnologiyalar tələbələrdə dərin təəssürat yaradıb. Növbəti ünvan olan Xalq şairi Səməd Vurğunun Poeziya Evində tələbələr şairin həyat və yaradıcılığı ilə tanış olublar.

Qazaxın Daş Salahlı kəndindəki “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Damcılı filialında gənclər mağaranın tarixi və arxeoloji əhəmiyyəti haqqında məlumat alıblar. Ekskursiya iştirakçıları sonda bu təşəbbüsə görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova təşəkkürlərini bildiriblər.

✍"Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Bu gün, 02:21
Balanslı qidalanma necə görünür?
Sağlamlıq
Dünən, 11:30
Rus gəncləri TikTok-da populyarlaşan “Molekul” arıqlama həblərindən zərər çəkir
Mətbəx
Dünən, 11:00
Gürcü Mətbəxindən Yemək Resepti - Caşuşili VİDEO
Sağlamlıq
Dünən, 10:08
Kələmdən Detoks Şorbası ilə Təmizlənmə
Mətbəx
Dünən, 09:30
Pendirlə Bişmiş Alma
Populyar Xəbərlər
“Dünyanı Sənət Xilas Edəcək – Rənglərin Qardaşlığı”: Türk Dünyasında Qlobal Sənət Körpüsü
Harun Çiçi: Saç Üzərində Yaradıcılıq və Emosional Portretlərin Ustası
Səmərqənd – Registan Meydanı VİDEO
Taşkəndin Tarixi İncisi – Baraxon Mədrəsəsi və Çorsu Bazarı - VİDEO
Könül Dəftərim: Şamaxının yaddaşında iz buraxan bir ailə dastanı -VİDEO
İlan Dəri Fabrikasının İçərisində: İlan Dərisindən Brendlər - VİDEO