Qazaxda Ağsaqqalların Cəmiyyətə Töhfəsi Müzakirə Olundu
6 may 2025-ci il tarixində Qazaxda keçirilən Azərbaycan Ağsaqqallar Şurasının hesabat yığıncağında ağsaqqalların ictimai-siyasi və mədəni həyatda oynadığı mühüm rol xüsusi olaraq qeyd edilib.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova çıxışında ağsaqqalların milli-mənəvi dəyərlərin qorunmasında və gənclərin sağlam ruhda formalaşmasında əvəzsiz töhfələr verdiyini bildirib. O, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin ölkənin güclənməsi və vətəndaş rifahının təmin olunmasına xidmət etdiyini vurğulayıb.
Həsənova 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında aparılan antiterror tədbirlərinin xalqımız üçün böyük fəxarət mənbəyi olduğunu diqqətə çatdırıb. Bayram Yusifov da çıxışında ağsaqqalların gənc nəslin vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını qeyd edib.
Görüşdə Qazaxın dörd kəndinin hərbi əməliyyatsız Azərbaycana qaytarılması dövlətin siyasi uğuru kimi dəyərləndirilib və ağsaqqalların bu proseslərdəki dəstəkləyici mövqeyi yüksək qiymətləndirilib.

Tədbirdə Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi Tağıyev Ramiz Cahangir oğluna Azərbaycan Respublikası Ağsaqqallar Şurasının Fəxri Fərmanı təqdim olunub.
✍"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Yunus Əmrə İnstitutunda “Söz Körpüsü” adlı ədəbi proqram keçirilib VİDEO
Xankəndi şəhərinə ilk köç karvanı yola salındı
Qənnadçı tort bişirəndirmi?
Vəhşi təbiətin super qəhrəmanları” sərgisi tezliklə Heydər Əliyev Mərkəzində!
Siyəzəndə odlu silah və narkotik vasitələr aşkarlanıb
Ağstafada su təchizatında müvəqqəti fasilə olacaq