Prokurorluq əməkdaşları Mir Cəlal Paşayevin yaşadığı ev-muzeyi ziyarət edib
Aprelin 25-də Azərbaycan Respublikası Prokurorluğunun gənc əməkdaşları görkəmli yazıçı, pedaqoq, filologiya elmləri doktoru, Əməkdar elm xadimi, professor Mir Cəlal Paşayevin anadan olmasının 117-ci ildönümü münasibətilə İçərişəhərdə yerləşən və yazıçının uzun illər yaşadığı “Ədibin Evi” mədəniyyət ocağını ziyarət etmişlər.

Ziyarət zamanı iştirakçılara XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Mir Cəlal Paşayevin həyat və yaradıcılığı barədə ətraflı məlumat verilmişdir.

Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva qeyd etmişdir ki, yazıçının 1929–1941-ci illərdə yaşadığı bu ev 2017-ci ildən “Ədibin Evi” adı altında ictimaiyyətə təqdim olunmuşdur.
Bildirilib ki, həmin dövrdə Mir Cəlal Paşayev tərəfindən bir çox fundamental əsərlər məhz bu evdə qələmə alınmışdır.
Ekskursiya çərçivəsində iştirakçılar yazıçının ədəbi irsinin nadir nümunələri, şəxsi əşyaları, arxiv materialları və onun haqqında nəşr edilmiş tədqiqat əsərləri ilə tanış olmuşlar.

✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Dünən, 13:30
Ağadadaş Dadaşov - Atasını tanıyırdım, amma ailəsinin çörəksiz qaldığını bilmirdim
Cəmiyyət
1-01-2026, 20:30
Misir Mərdanovun aylıq gəliri 5 min manatı keçir
Cəmiyyət
1-01-2026, 10:30
Şouya deyil, ədalətə ehtiyac var
Populyar Xəbərlər
Şouya deyil, ədalətə ehtiyac var
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
2026 — Qürur, Birlik və Zəfər İli
Azərbaycanlı həkimlər Həmrəylik Günündə teatr tədbirində bir araya gəliblər