Bu gün, 01:00 0 Cəmiyyət / Gündəm

2026 — Qürur, Birlik və Zəfər İli

2026 — Qürur, Birlik və Zəfər İli
2026-cı ili böyük sevinc və qürur hissi ilə qarşılayırıq.

Paytaxt Bakımızda sanki rəssamın fırçası ilə çəkilmiş bir mənzərə yaranmışdı — işıqlar, atəşfəşanlıq, bayram coşqusu… Başımız dik, alnımız açıq şəkildə yeni ilə qədəm qoyuruq.

Bu xoşbəxt günləri bizə yaşadan, torpaqlarımızın bütövlüyü uğrunda şəhadətə yüksələn qəhrəman şəhidlərimizin qarşısında dərin ehtiramla baş əyirik. Qazilərimizə Allahdan sağlam can, uzun ömür arzulayırıq. Cənab Prezidentimizin dəmir iradəsi və qətiyyəti hər zaman xalqımıza güc və inam verib.
Yeni ilimizin firavanlıq, birlik, sülh və bərəkət gətirməsini diləyirik. Dünya azərbaycanlılarının həmrəyliyi bu gün daha da möhkəmlənir.

Qoy 2026-cı il ölkəmizə inkişaf, xalqımıza rifah, dünyamıza isə sülh və əmin-amanlıq gətirsin.
Yeni iliniz mübarək, əziz Azərbaycan!

2026 — Qürur, Birlik və Zəfər İli




Ulusum.az / R.Daşdəmirova


Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.